Subscribe Us

Bakıda fahişə əməliyyatı

fahise“Əzizbəyov” və “Neftçilər” metro stansiyalarının yaxınlığında əxlaqsızlıqa məşğul olan şəxslər yaxalanıblar

Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yüngül həyat tərzi keçirən bir qrup qadın saxlanılıb. (ANS Press) “Əzizbəyov” və “Neftçilər” metro stansiyalarının yaxınlığında əxlaqsızlıqla məşğul olmaqla ictimai asayişi pozan şəxslər izahatlarının alınması üçün bölməyə gətiriliblər.

Polis bölməsindən verilən məlumata görə, saxlanılan qadınlar fahişəliklə məşğul olduqlarından artıq bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunublar. Amma onlar qanunvericilikdə nəzərdə tutulan cərimələri ödədikdən sonra azad ediliblər. Qadınlar əməllərindən əl şəkmədiklərinə görə növbəti dəfə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bölmədən onu da bildiriblər ki, qədim peşənin sahibləri müvafiq tibbi ekspertizalardan keçirilmələri üçün dəri-zöhrəvi dispanserinə göndəriləcəklər.

Post a Comment

2 Comments

  1. salam men bele dushunurem ki dunyanin hec bir olkesinde fahisheliyi yixishdirmag olmayib olmayacaqda ona gorede bir cox olkelerde oldugu kimi bizim olkede de buna dovlet seviyyesinde nezaret etmek lazimdi kimi cinsi xesteliklek tugyan etmesin yoxsa bunun qarshisini almag olmayacag

    ReplyDelete
  2. salam men bele dusunurem ki fahiseleri tam qadaqan olunmasi bir yandanda ziyandir cun ki zorlamalarda cox olar

    ReplyDelete