Subscribe Us

Seksual inkişaf və tərbiyə

Əsrlər boyu belə hesab etmişlər ki. uşağın cinsi tərbiyəsi, onu
ailə həyatına hazırlamaq vacib deyil.

Bu fikir ondan irəli gəlirdi ki, əcdadlarımız nəsli artıraraq,
davam etdirməklə əlaqədar olmayan cinsi əlaqəni günah bu
məsələləri uşağa danışmağı, izah etməyi isə tərbiyəsizlik hesab
edirdilər. Beləliklə, cinsi əlaqə haqqında məlumat
yeniyetmələrə, gənclərə təsadüfi mənbələrdən və çox vaxt
tamamilə yanlış, əxlaqsızlıq hərəkətləri şəklində çatdırılırdı.

Uşaqlar isə cinsi əlaqəni öz müşahidəçilik qabiliyyətləri ilə
təbiətdə, xüsusilə heyvanlarda müşahidə edərək özlərinə bu
məsələ haqqında müəyyən bir təsəvvür yaradırdılar.

Bütün canlılar, nəsli davam etdirmək üçün özlərinə müvafiq
tay taparaq müvəqqəti və ya daimi ailə üçün yaradırlar. Bəzi ali
heyvanlarda, insanlarda bu ailə forması, adətən, daimi olur.
İzdivac iki şəxs arasında mümkün olan ictimai münasibətin әn
inkişaf etmiş formasıdır. Qeyd etmək dazımdır ki, ailə insanın
cinsi əlaqəyə ehtiyacını təmin etmək üçün deyil, oranın əxlaqi, maddi tələblərini təmin etmək, nəsli davam etdirmək, uşaqları
iki tərəfin köməyi ilə tərbiyə edib böyütmək və ailə ilə əlaqədar bir sıra başqa məqsədlər üçün yaranmışdır. Bununla belə ailənin
qurulmasında, onun möhkəmliyi və daimiliyində cinsi əlaqənin rolu çox böyükdür. Cinsi əlaqə tərəflərdən birinin şəxsiyyətinə
fiziki və ya əxlaqi mənfi təsir göstərmirsə, ailənin möhkəmlənməsi və daimiliyi üçün zəmin yaradır.

İzdivac və ailə quruluşu tərəflərin şəxsi erotik tələblərindən deyil, cəmiyyətdə hökm sürən var-dövlət və istehsal münasibətlərindən irəli gəlir. İzdivacın forması və onun əxlaqi cəhətlərini bəzən cəmiyyətdə baş verən proseslər idarə etmişdir. Məsələn, müsəlman aləmində müharibələr nəticəsində həlak olmuş kişilərin qadınlarını mühafizə və təmin etmək məqsədilə Məhəmməd peyğəmbər sağ qalmış kişilərə müraciət edərək demişdir: "Onlardan özünüzə iki, üç və ya dördünü götürün". Xristian aləmində çoxarvadlılığın qadağan olunmasına baxmayaraq otuz illik müharibədən sonra itkinin yerini doldurmaq üçün Resenburq reyxstaqı da һәr kişiyə iki arvad almağa icazə vermişdi.

Tarixi inkişaf dövründə ailə quruluşunda böyük dəyişikliklər baş vermişdir. Poliqamiyadan (çoxarvadlılıq) monoqamiyaya (təkarvadlılıq) keçməyi F.Engels böyük əxlaqi proqres kimi xarakterizə etmişdir. Nigah yalnız ikitərəfli sevgi nəticəsində baş verməlidir. Yalnız qarşılıqlı sevgi, anlayış möhkəm ailə qurmaq və uşaq böyüyüb tərbiyə etməyə imkan yaradır.

Uşaqlıq və yeniyetməlik illərində seksuallığın formalaşması, həyatın birinci günündən insanın hansı cinsə mənsub olduğu müəyyənləşir və о həmin cinsə müvafiq şəkildə tərbiyə olunaraq bir şəxsiyyət kimi formalaşır. Нələ uşaq yaşlarında istər geyim, istər oyuncaqları və eləcə də ətrafdakı yaşlı şəxslərin, valideynlərin, tərbiyəçilərin münasibəti onun cinsi xüsusiyyətlərini də formalaşdırır. Məsələn, valideynlərin, tərbiyəçinin "qıza belə hərəkət yaraşmaz", "sən ki, qız deyilsən" və s. sözləri uşaqlara öz təsirini göstərir. Uşaqlara onların cinslərinə uyğun kiçik ev işlərinin tapşırılmasının da böyük tərbiyəvi əhəmiyyəti var.

Göründüyü kimi, uşaqlan müxtəlif ictimai adətlərə görə tərbiyələndirirlər. Bəs gələcəkdə onların cinsə görə bir-biribrinə münasibətləri haqqında uşaqlar valideynlərdən, tərbiyəçilərdən, müəllimlərdən məlumat alırlarmı? Olduqca cüzi məlumat alırlar. Uşağın, yeniyetmənin bu sahədəki tərbiyəsi, demək olar ki, özbaşına buraxılır. Cinslərin fiziki xüsusiyyətləri uşaqlardan gizlədilsə də onlar bunu çox tez aşkar edirlər. Ailədə valideynlər geyimlərinin fərqi, ananın kosmetika ilə məşğul olması, onun süd vəziləri və s. müşahidələrin fərqini uşağa aydınlaşdırır.

Həyatın, birinci illərində uşaqlar böyük həvəslə əl ilə cinsi orqanlarını oynadır, qızlar analarını təqlid edərək kosmetika vasitələrindən istifadə edirlər. Bütün bunlar, əlbəttə ki, seksuallıq əlamətləri olmayıb, özünə və ətrafa qarşı maraq hisslərindən irəli gəldiyindən bunlara görə uşaqları cəzalandırmaq düzgün deyil. Belə məsələlərə görə cəza uşaqlarda həmin hərəkətə marağı daha da artır. Yalnız məktəb həyatı bu vaxta qədər uşağın zehnini məşğul edən bir çox məsələləri unutdurur.

Aşağı siniflərdən başlayaraq uşaqlar cinsindən asılı olmayaraq özlərinə dost axtarırlar. Əgər məktəbə qədər dövrdə uşaq yalnız ana və ya tərbiyəçi ilə təmasda olursa, məktəbdə öz yaşıdları ilə rastlaşır və bu yeni vəziyyət onun maraq dairəsini genişləndirir.

Hələ kiçik yaşlarından başlayaraq uşaqlarda başqa cinsə qarşı instinktiv maraq yaranır. Əgər qızların qarşısında 8-10 yaşlı oğlan dəcəllik edib onların hörüklərini dartırsa və yaxud dərsini yaxşı bilən qız tənbəl, pis oxuyan oğlana kömək etməyə çalışırsa, bunları oğlan üçün tərbiyəsizlik və qız üçün nə isə qeyri-adi hərəkət hesab etmək düzgün olmaz. Bu, sekslə əlaqəsi olmayan və bir-birinə olan instinkt cazibəsindən əmələ gələn prosesdir.

İnsan təbiəti təklik sevmir. Elə buna görə də həb kiçik yaşlarından başlayaraq uşaqlar özlərinə dost tapmağa və ətraf mühit hadisələrini birlikdə aydınlaşdırmağa, dərk etməyə çalışırlar. 10-11 yaşlarına qədər uşaqlarda cinsi məsələsinə maraq, demək olar ki, olmur. Bu dövrdə cinsiyyət orqanları az inkişaf edir. Uşaqlar tədricən bəzi bioloji məsələləri öz aralarında aydınlaşdırmağa, həkim-xəstə oyunu vasitəsilə Cinslər arasındakı fərqi öyrənməyə çalışırlar. Çox vaxt onlar uşağın haradan meydana gəlməsi haqqında uydurma nağıllar danışırlar valideynlərin "hacıleylək gətirib", "mağazadan alınıb" və s. kimi yalanını ifşa edir və uşağın yaranması səbəbini həqiqətə yaxın şəkildə ("Ata ananı öpəndə onun qarnında uşaq əmələ gəlir, sonra onu kəsib çıxarırlar") danışırlar.

Cinsi yetişkənlik dövründə uşaqlarda cinsə qarşı münasibət dəyişir və onlar daha dəqiq məqsəd güdən hərəkətlər, söhbətlər edir, bir-birilərinə qarşı mehriban olurlar. Bu dövrdə fiziki inkişaf daha sürətli getdiyindən, bədən çəkisinə nisbətən sürətlə boylan artdığından uşaqların boy-buxunlarında qeyri-mütənasiblik meydana çıxır. Yalnız gənclik dövründə һәr iki cinsin bədən quruluşu öz normal halına çatır. Qızların süd vəziləri formalaşır, əvvəlcə qasıq nahiyəsində, sonra qoltuğunda tüklər bitir, çanaq genişlənir.

Oğlanların inkişafı qızlara nisbətən 1-2 il gec başlayır. Bu zaman sümüklər böyüyür, əzələlər inkişaf edir. Xayalar və cinsiyyət üzvü böyüyür, səs dəyişir, bığ yeri tərləyir, zərif tük örtüyü ilə örtülür.

Bədəndə baş verən bu dəyişikliklər, əsasən, endokrin sisteminin yaşa uyğun inkişafı və fəaliyyəti ilə bağlıdır. Fiziki inkişafın və bədəndə baş verən mürəkkəb bioloji-fizioloji proseslərin nəticəsində qızlarda orta hesabla 13 yaşından birinci aybaşı, oğlanlarda isə 14 yaşından birinci eyakulyasiya (sperma ifrazatı) başlayır.

Əgər qeyd olunan bu proseslər 1 -2 il tez və уa gec baş verərsə narahatlıq keçirməyə heç bir əsas yoxdur. Bu sadəcə olaraq yeniyetmələrdə fizioloji inkişafın bir qədər sürətlənməsi və ya ləngiməsi ilə əlaqədar olur.

Qeyd etmək lazımdır ki, cinsi yetişkənlik dünyanın müxtəlif regionlarında müxtəlif yaşlardan başlayır. Məsələn, əgər iqlimi isti olan Şimali Afrika ölkələrində qızlarda aybaşı 8-9, bəzən 6-7 yaşlarında başlayırsa və 9-12 yaşlarında ərə gedən qızlar 10-13 yaşlarında hamilə olub normal uşaq doğurlarsa, bunu həmin region üçün qeyri-normal hal hesab etmək olmaz.

Bioloji-fizioloji inkişafın xüsusiyyətləri xarici mühit faktorları ilə əlaqədar olduğu üçün soyuq iqlimli Skandinaviya regionu, Danimarka ölkələrində (Norveç, İsveç, Finlandiya) qızlarda aybaşı orta hesabla 16-18 yaşlarından başladığından, normal uşaq doğmaq imkanı da elə bu yaşdan başlayaraq yaranır.

Bundan əlavə, hazırkı həyat tərzi (informasiya, kino, televiziya, yazılı ədəbiyyat və s.) gənclərin əvvəlki nəsillərə nisbətən daha tez (1-2 il) cinsi yetkinləşməsinə səbəb olur. Bu gün akselerasiya cinsi yetkinlikdən əlavə boyun, bədən çəkisinin və s. dəyişməsinə səbəb olmuşdur ki, bu da qeyd olunmuş həyat tərzi, iqlimin bütün уеr kürəsində dəyişməsi, həyat aktivliyinin artması, qidalanma xarakterinin dəyişməsi ilə izah olunur. Lakin yetişkənliyin tez başlaması heç də cinsi əlaqənin də tez olması demək deyildir. Burada əhalinin savadlılıq və mədəni səviyyəsi əsas rol oynayır.

Oğlanlar cinsi əlaqəyə qızlara nisbətən tez başlayırlar.
Birinci eyakulyasiyadan başlayaraq yeniyetmələrin 90%-i sistematik şəkildə onanizmlə məşğul olurlar və əksəriyyət yalnız cinsi əlaqəyə başladıqdan sonra ondan az istifadə edir və ya tamamilə imtina edirlər.

Qızlarda sevgi hissi daha dərin, daha poetik şəkildə olur. Әgәr oğlanların əksəriyyəti qızlarla dostluğu cinsi əlaqə üçün başlanğıc hesab edirlərsə, qızlar xoşlarına gələn oğlanla dostluğu, ilk növbədə və əsasən, gələcək ailənin təməli hesab edir və onun möhkəmlənməsi üçün var qüvvə ilə çalışırlar. Əkər bu işdə oğlan qızdan daha təcrübəlidirsə, məsələnin əxlaq və vicdan cəhəti onu maraqlandırmırsa, o, qızın təcrübəsizliyindən istifadə edir və sonra bu "sevgi" oyununu başqa bir təcrübəsiz qızla başlayır. Belə vəziyyət həyatın ilk günlərindən qızlarda kişilərə və həyatın әn gözəl hədiyyələrindən biri olan sevgiyə, məhəbbətə qarşı inamsızlıq hissi yaradır. Qızlar da yalnız sevdiyi bir adamla möhkəm cinsi əlaqə «etməyi arzusu olur. Amma çox vaxt onlar bu istəyi gizlədirlər.

Geniş yayılmış və hər iki cins tərəfindən gənc yaşlarında tətbiq olunan onanizm masturbasiya cinsi fəaliyyət formasıdır. Tədqiqatçıların əksəriyyəti gənclik onanizmini orqanizm üçün nə fiziki və nə də psixoloji cəhətdən zərərli bir hal hesab etmirlər. Bu yalnız cinsi əlaqəni müvəqqəti əvəz edib orqanizmi gərginlikdən azad edən bir akt hesab oluna bilər. Nəsihətlə, qorxu və cəza ilə onun qarşısını almaq cəhdləri, adətən nəticə vermir. Uşaq və yeniyetmələrin cinsi inkişafı ilə əlaqədar olan məsələlər cəza və qadağanlarla deyil, bioloji və ictimai amillərin qarşılıqlı əlaqəsini daha dəqiq təsəvvür , etməklə həll oluna bilər.

Post a Comment

0 Comments