Subscribe Us

Ərdoğanın vertolyotunda seks qalmaqalı

Pilot rus gözəli ilə baş nazirin vertolyotunda yarım saat əylənibhelikopter

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın istifadə etdiyi vertolyot 2009-cu ilin iyulunda sevişmə məkanına çevrilib. Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da pilot Osman Ergün Ç. rus əsilli, 1,80 metr boylu sarışın, mavi gözlü Oksana S. ilə gecə yarısı “Gölbaşı” aeroportuna gəlib.

Növbətçi polislərə vertolyotun qapısını açdıran pilot yarım saat rus gözəli ilə vertolyotda olub...

Təhlükəsizlik orqanları xəbərdarlıq məktubundan sonra hərəkətə keçiblər. Pilot ilk ifadəsində gecə yarısı gəldiyi xanımın həyat yoldaşı olduğunu söyləyib. O, guya açarı yaddan çıxartdığını və onu götürmək üçün gəldiyini deyib. Ancaq həyat yoldaşının əlamətləri rus gözəli ilə üst-üstə düşmədiyindən pilot susmalı olub.

Osman Ergün Ç.-nin bu vertolyotu idarə etməsinə qadağa qoyulub.

Türkiyə mətbuatı bununla bağlı polis müdirinin müraciətini əldə edib.

Post a Comment

0 Comments