
"Porno ulduz"larımız internetdə biabırçılıqlar edir
Sosioloq: "Pornoqrafik görüntüləri yayılan qızların əksəriyyəti..."
Qeyri-rəsmi məlumatlara görə, hazırda tamaşaçıların marağını ən çox pornoqrafik filmlər, görüntülər, audiovizual nümunələr cəlb edir. Yerli sosioloqlar bildirir ki, Azərbaycan tamaşaçıları arasında da bu sahə ilə ilgilənənlər az deyil. Monitorinq aparsaq görərik ki, mobil telefon gəzdirən şəxslərin təxminən 70-80 faizinin telefonunda pornoqrafik, erotik videolentlər üstünlük təşkil edir.
Təəssüf ki, bir çox hallarda bu mini filmlərin qəhrəmanları, oyunçuları sadə Azərbaycan vətəndaşları olur. Xarici ölkələrdə pornoqrafiya janrı inkişaf edib və bunun üçün xüsusi kino şirkətləri də yaradılıb. Bu filmlərə çəkilən aktyor və aktrisalar isə saysız-hesabsızdır. Xaricdən ölkəmizə gətirilən pornoqrafik filmlərdə porno ulduzların rol aldığı bildirilir. Onların hərəkət və davranışlarından da açıq-aşkar hiss olunur ki, bu adamlar bu sahə üzrə ixtisaslaşmış aktyorlardır. Rusiya və Türkiyəni götürsək, orada da porno ulduzlar var və o şəxslərin iştirakı ilə filmlər çəkilir. Mobil telefon və internet saytlarında nümayiş olunan pornogörüntülərdə aktyor və aktrisalar iştirak etsə də, Azərbaycanda adi insanların iştirakı ilə mini filmlər yaranır. Belə demək mümkünsə, onlar xarici aktyorların hərəkətlərini "milliləşdirərək" imitasiya edir. Təəssüf ki, internet saytlarında və mobil telefonlarda başqa ölkələrdən porno ulduzların təqdimatında intim səhnələr yer alırsa, virtual aləmə bizim adi insanlarımız, qız və oğlanlarımız bu şəkildə çıxır.
Məlum olduğu kimi, həm internet saytlarında, həm də mobil telefonlarda azərbaycanlıların iştirakı ilə pornoqrafik səhnələr geniş yayılıb. Hətta illər əvvəl deyilirdi ki, bəzi Azərbaycan müğənni və aktrisaları Türkiyə, Rusiya, Amerika və s. ölkələrdə pornofilm istehsal edən şirkətlərlə gizli müqavilə imzalayaraq xaricdə belə filmlərə çəkilir. Ötənlərə nəzər salsaq, yerli mətbuatda xalq artistləri İlhamə Quliyeva, Brilliant Dadaşova, Məleykə Əsədova, Aygün Kazımova və başqalarının belə filmlərə çəkildiyi iddia edilirdi. Həmin sənətçilər isə, öz növbəsində, yayılan xəbərləri təkzib edir, bir azərbaycanlı kimi buna heç bir vaxt yol vermədiklərini deyirdilər.
Qeyd edək ki, bu günlərdə ölkə qəzetlərində Bagiranın Türkiyədə pornofilmə çəkilərkən yoluxucu xəstəliyə tutulması ilə bağlı xəbər dərc edilmişdi. Məlumatda bildirilirdi ki, adıçəkilən şəxs (ona bəzən "müğənni" də deyirlər) pornoqrafik filmə çəkilmək üçün qardaş ölkəyə gedib və nəticədə tərəf-müqabili onu infeksion xəstəliyə düçar edib. Onu da bildirək ki, Bagira internet saytlarında və mobil telefonlarda lüt şəkilləri və videogörüntülərilə qısa bir vaxtda "populyar"lıq qazandı. Demək olar ki, şəhərdə "məmə yeyəndən, pəpə yeyənə qədər" hər kəs Bagiranın lüt şəkillərindən danışırdı.
Yeri gəlmişkən, rəqqasə Sevda, Röya və Faiq Ağayev, eləcə də bəzi tanınmamış şou-biznes nümayəndələrinin açıq-saçıq görüntüləri telefonlarda geniş yayılıb. Digər tərəfdən, yaşadığı intim səhnələri mobil telefona çəkdirən azərbaycanlı qızların da bəziləri zahiri baxımdan yerli şou-biznes müğənnilərinə bir qədər oxşayanlardır. Xatırladaq ki, Xatirə, Nüşabə Ələsgərli, Nazpəri Dostəliyeva, Röya və başqa müğənnilərə azacıq oxşayan adi qızların seks səhnələri, çıxdıqları oyunlar telefonlarda yer alıb. Bu məsələdən danışırıqsa, bir məqama xüsusi diqqət yetirmək lazımdır. Müşahidələrimiz göstərir ki, pornoqrafik görüntüləri yayılan qız və qadınların böyük əksəriyyəti özünüreklam vasitəsilə bu nümunələri yayır. Bir qisiminin isə çəkiliş prosesindən xəbəri olmur. Yəni onlar bilmir ki, bütün hərəkət və davranışları incəliyinə qədər ya telefon, ya da ki, kiçik kamera vasitəsilə lentə alınır. Sonradan bu görüntülər qız və qadınların əleyhinə işlədilir və onları şantaj etmək üçün istifadə edilir. Bəzən də gənc qızlar özlərini otaq şəraitində çəkir və blutus vasitəsilə oğlanlara, kişilərə göndərir.
Sosioloqlar hesab edir ki, qızlarımızın bu cür çəkilişlərə razılıq verməsi normal deyil. Onların fikrincə, bunun əsas səbəbi ölkəyə gətirilərək burada yayımı təşkil edilən pornoqrafik filmlərdir. Bəzi sosioloqlar deyir ki, bu işlə məşğul olanlar yüngül həyat tərzi keçirən qadınlardır. Onlar bu vasitədən istifadə edib özlərinə müştəri cəlb edir.
Sosioloqların dediyinə görə, bu qızların bəziləri bilməyərəkdən tora düşür, müəyyən bir qismi isə bilərəkdən bu işə qol qoyur.
Sosioloqlardan biri deyir ki, qızların pozulmasında serialların da rolu az deyil: "Qızlar seriallara baxıb özlərini oradakı "azad" qız və qadınlara bənzətmək istəyir. Məlumdur ki, o qəhrəmanlar da çox zaman yüngül həyat tərzi təbliğ etməklə məşğuldur. Bu gün Azərbaycanda normal təhsili, əxlaqı, mənəviyyatı olan heç bir qadın, qız bu işlə məşğul olmur. Pornoqrafik görüntüləri yayılan qızların da əksəriyyəti indi fahişəliklə məşğul olanlar, yüngül həyat tərzi keçirənlərdir. O görüntülərə baxsanız görərsiniz ki, çoxu sadə azərbaycanlılardır. Bəzi qadınlar bu işlə ya evində, ya da saunada məşğul olur. Azərbaycan qadınlarının öz intim səhnələrini telefona çəkdirməsi biabırçılıqdır. Heç bir normal cəmiyyətdə bu qəbul edilən deyil. Bir də görürsən ki, hansısa bir kənddə qız, qadın intihar edib. Sonra məlum olur ki, hansısa bir kişi onunla yaşadığı anları çəkib və bununla da onu şantaj etməyə başlayıb. Bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, müəyyən qisim qızlar buna pul xatirinə gedir. Eşitmişəm ki, burada yaşayan xaricilər də qızlarımızdan bunu tələb edir. Deyilənə görə, Azərbaycan qızlarının iştirakı ilə çəkilən pornoqrafik görüntülər internetdə yayılıb. Eşitmişəm ki, bu videolentlər xarici ölkələrdə də aparılıb. Bu böyük problemdir və ölkəmizi dünyada biabır edən bir faktdır. Baxın görün, hansısa bir avropalı, amerikalı özünün bu şəkildə təqdim edilməsinə razılıq verərmi? Qətiyyən. Belə şeylər Amerika, Avropa və digər cəmiyyətlərdə anormal hal kimi qəbul edilir. Bizdə isə oğlanlar gəzdiyi qızı telefona çəkib onu biabır edir. Mənə elə gəlir ki, bu işlə dövlət səviyyəsində məşğul olunmalıdır. Yoxsa sonra bunun qarşısını almaq mümkün olmayacaq. Yadınızdırsa, bir müddət əvvəl qəzetlər yazırdı ki, bir nəfər azərbaycanlı kinorejissor evində studiya açıb və ora uşaqları cəlb edirmiş. Sonra o adamın ölkədən qaçdığı bildirildi. İndi bəzi xırda studiyalar var ki, onlar da sadə azərbaycanlı qızları bu işə cəlb edir. Onları inandırırlar ki, sənin iştirakınla çəkilən bu videolent yalnız xaricdə göstəriləcək, Azərbaycanda göstərilməyəcək. Əlaqədar qurumlar bu işi nəzarətə götürməlidir. Çünki qarşısı alınmasa, bu, geniş xarakter ala bilər".
Sosioloqun dediyinə görə, qız və qadınlar özləri bu məsələdə diqqətli olmalıdır ki, kimlərsə onlardan istifadə etməsin. Sosioloq onu da dedi ki, bir çox hallarda belə qızları şantaj yolu ilə qadın alverinə də cəlb edirlər: "Bir də görürsən ki, rayonda, elə şəhərimizdə də hansısa bir qızın hərəkətləri lentə alınır. Bu səhnələri çəkən adamlar sonradan onları şantaj edib qadın alverinə cəlb edirlər. Azərbaycanlı qızlar bilməlidir ki, bu görüntülər həm onların özləri, həm də ölkəmiz haqda mənfi rəy yaradır. Bütün dünya pornoqrafik filmlərə müharibə elan edib, amma bizim sadə vətəndaşlar bunun iştirakçısına çevrilib. Bu yaxşı hal deyil. O qızların özlərinin gələcəyi, sağlamlığı, mənəviyyatı üçün böyük təhlükədir".
Əli TURABOV
[ad#468x15]
Bakixeber

4 Comments
sekis gozel seydi
ReplyDeleteSEXSI COX SEVIRENM
ReplyDeleteseks olmasa heyat nece olar bu sualin cavabi varmi bilirsinizse yazin
ReplyDeleteNo matter if some one searches for his vital
ReplyDeletething, so he/she wants to be available that in detail, so that thing is maintained over here.