verib.Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, tunel yaxınlığında qurulan reklam lövhəsində 2 dəqiqəlik porno çarxı göstərilib.
Şahidlər bildirirlər ki, yolda avtomobil tıxacı yaranıb. Sürücülər gözlərinə inanmayaraq, maşınlarını saxlayırmışlar. Moskva rəhbərliyi faktı araşdıracağını və müvafiq ölçü götürəcəyini bildirib.
Reklam lövhəsinin sahibi olan “Panno.ru” şirkətinin kommersiya direktoru Viktor Laptev isə haker hücumuna məruz qaldıqlarını bildirib: “Bu haker hücumu olub. Nəticədə reklam çarxlarından biri əxlaqsız çarxla əvəz edilib. Bizim operatorlara siqnal daxil olan kimi pornoçarx söndürülüb”.
Laptev bunun səbəbini anlaya bilmədiyini bildirib: “Bunun adi xuliqanlıq yoxsa rəqiblərin atdığı addım olduğu mübahisəli məsələdir. Qoy bunu əlaqədar orqanlar müəyyən etsinlər”.

0 Comments