Subscribe Us

Mastopatiya

Mastopatiya – hormonal tarazlığın pozulması nəticəsində süd vəzilərində yaranan xəstəlikdir. Qadinların 80 faiz  mastopatiyanın əlamətləri ilə yaxından tanışdır: bu döşdə yaranan agrılar və müxtəlif ölçülü kütlələrdir.
Adətən, qadınlarda aybaşıdan qabaqkı mərhələdə süd vəzilərində bərkimə va müəyyən ağrılar olur və dövrün başa çatması ilə bu simpotmlar da itir. Qeyd olunanlar mastopatiyanın ilkin əlamətləridi, lakin bir çox qadınlar həkimə müraciət etmədən uzun illər bununla yaşayırlar. Vaxtında həkim - mammoloqa edilən müraciət mastopatiyanın qarşısını almağa imkan verir.

Növləri
Əsasən iki növü fərqləndirilir: diffuzion və düyün mastopatiya. Diffuzion mastopatiyada süd vəzisində çox saylı xırda düyünlər yaranır  düyün mastopatiyada isə yalnız bir düyün formalaşmış olur. Diffuzion mastopatiyani müalicə ilə aradan qaldırmaq mümkün olsa da, tək düyün olduqda cərrahi müdaxilə artıq qaçılmazdır.

Yaranma səbəbləri
Xəstəliyin yaranma səbəbləri çoxsaylı və müxtəlifdir. Hormonal disbalansdan əlavə xəstəliyin yaranmasına səbəb olan amillər çoxluq təşkil edir.

  • İlkin və ən əsas səbəb irsi daşıyıcılıqdır. Əgər qadının ana xəttində xoş və ya bəd xassəli şişdən əziyyət çəkibsə, nəslin növbəti xanım üzvlərində xəstəliyin özünü biruzə verməsi riski böyükdür.

  • Qeyri-müntəzəm intim həyat da xəstəliyin yaranma səbəblərindən biridir. Belə ki, intim həyatın normal olmaması hormonal disbalansa gətirib çıxarır ki, bu da oz növbəsində xəstəliyə təkan verəm əsas amillərdəndir.

  • Hamiləliyin yarımçıq kəsilməsi – abort etmiş qadınlarda mastopatiyanın yaranma riski üç dəfə artır.

  • Müxtəlif xəstəliklər mastopatiyanın yaranmasına səbəb ola bilər – qalxanvari vəz xəstəlikləri, diabet, piylənmə, böyrək nasazlığı, əsəb pozğunluqları. Eyni zamanda süd vəzilərinin travmalarını (ən əhəmiyyətsizini belə) yaddan çıxartmaq olmaz.

  • Daha bir səbəb ətraf mühitdir. Pis ekologiya, siqaret və içki kimi mənfi vərdişlər mastopatiyaya səbəb ola bilər.

  • Eyni zamanda heç vaxt hamiləlik keçirməyən və gec yaşlarda uşaq dünyaya gətirən, övladına qisa müddətə və ya ümumiyyətlə süd verməyən qadınlarda da xəstəliyə yoluxma riski böyükdür.


İlkin mərhələdə xəstəlik insanı heç bir halda narahat etmir və gizli inkişaf edir. Məhz elə buna görə də müntəzəm olaraq yoxlamalardan keçmək mütləqdir. Xəstəliyin inkişafını izləmək üçün müntəzəm olaraq UZİ-dən keçmək, mammoqrafiya (süd vəzinin rentgeni) çəkdirmək lazımdır.

Əgər qeyd olunan simptomlardan hər hansı birini özünüzdə müşahidə etmisinizsə, süd vəzisində “limon qabığı” effekti yaranıbsa, qoltuqaltı zonada limfa düyünlərinin soyuqlaması varsa, süd vəzinin forması dəyişibsə və gilələrdən xüsusi ifrazat gəlirsə mütləq həkim – mammoloqa müraciət etmək lazımdır.

Post a Comment

0 Comments