mövcuddur.Hamiləlik testləri ilə qanda və ya sidikdə spesifik hamiləlik hormonu olan insan xorion qonadotropini (HCG-İXQ) və yaxud sadəcə hamiləlik hormonu (HH) aşkar edilir.
Sidikdə və qanda aparılan hamiləlik testləri arasındakı fərq varmı və bunlardan hansı daha etibarlıdır?
2 növ test mövcuddur—sidik testi və qan testi. Hər iki test hamiləlik hormonunu aşkar edir.
Oksor qadınlar sidik testinə, yəni ev testinə üstünlük verir. Bu test maliyyə cəhətdən ucuz, asan həyata keçirilən və ev şəraitində yerinə yetirilə bilər. Bu testin nəticəsi müsbət olarsa, qadın vaxt itirmədən həkimə müraciət etməlidir. Həkim qan testi və baxış vasitəsilə "ev" testinin nəticəsini təsdiq və ya inkar etməlidir.
tibb müəssisələrində 2 növ testdən istifadə edilir.
Birinci kəmiyyət və ya B-HCG testidir ki, bu da hamiləlik hormonunu qanda dəqiq təyin edir. Bu testin köməyi ilə HH-n qanda ən az miqdarı da təyin edilir və bu da testin dəqiqliyini sübut edir.
İkinci keyfiyyət testi olub ya müsbət, ya da mənfi cavab verir. Dəqiqliyinə görə o sidikdə aparılan testə uyğun gəlir. Qanda aparılan testin köməyi ilə hamiləlik erkən mərhələdə, yəni ovulyasiyadan 6-8 gün sonra, sidikdə aparılan testin köməyilə isə ovulyasiyadan 2 həftə sonra təyin edilir.
Hamiləliyin təyin edilməsində "özünə" ("ev") test nə dərəcədə dəqiqdir?
Hamiləliyin təyin edilməsində sidikdə aparılan özünə ("ev") test 97-99% hallarda dəqiqlik zəmanəti verir.
Bu test düzgün aparılmadıqda nəticəsi də dəqiq olmayacaqdır. Ona görə do hamiləliyin olmasını təsdiq etmək üçün həkimə müraciət etmək lazımdır. Bir sıra müayinələr, həmçinin ultrasəs müayinəsi (USM) vasitəsilə hamiləliyin əlamətləri aş-kar edilir: uşaqlığın forma və ölçülərinin dəyişməsi, uşaqlıq boynunun dəyişməsi, dölün hərəkəti, ürək döyüntüləri və s. Bu məlumat istənilən halda - siz hamiləliyi saxlamaq və ya pozmaq (abort) qərarına gəldiyiniz halda çox vacibdir.
Biz məsləhət görürük:
- Həmişə testin yararlılıq müddətini yoxlayın, belə ki, yararlılıq müddəti bitmiş test etibarlı nəticə verə bilməz;
- Növbəti testi bir neçə gündən sonra təkrar edin, belə ki, birinci test zamanı sidikdə HH miqdarı az olduğundan hamiləliyi təyin etməyə imkan verməyə bilər;
Testlərin çoxu aybaşının gözlənildiyi vaxtda (yəni ovulyasiyadan 2 həftə sonra) aparıldıqda müsbət nəticə verir. Cavabın mənfi olması isə ovulyasiyanın gec olması və yaxud hamiləliyin olmaması ilə əlaqədardır; Özünə ("ev") testin nəticəsi mənfi olduqda, bu testi bir neçə gündən, maksimum bir həftədən sonra təkrar edin. Əgər nəticə yenidən mənfi olarsa, lakin siz özünüzə hamilə hiss edirsinizsə, həkimə müraciət edin.
Hamiləliyin təyin edilməsində özünə ("ev") testin dəqiqliyinə nə mane ola bilər?
Sidikdə aparılan testin nəticəsinə əksər dərmanlar təsir etmir. Yanlış müsbət nəticə tərkibində HCG hormonu olan preparatların qəbulu ilə əlaqədar ola bilər.
Sidikdə aparılan testə həmçinin alkoqol və narkotiklərin qəbulu da təsir edə bilər. Əgər siz hamilə olmaq istəyirsinizsə, bu zərərli vərdişlərdən əl çəkməlisiniz.
Hamiləliyi təyin edən əksər testlərin etibarlılığı 99%-ə bərabərdir. Ancaq praktikada bu göstərici dəyişə bilər. Əgər test təlimata uyğun aparılmazsa, onun nəticəsi etibarlı sayılmamalıdır.

8 Comments
Salam| Men 08.08.2010-cu il tarixde aybasi olmusam amma bu ay olmamisam. Test alib yoxladim ve orada 2 xett gosterildi. Meni narahat eden xettin biri tund bardoviy o biri ise aciq rengdedi. Zehmet olmasa bunun cavabini mene yazardiz. Saq olun
ReplyDeleteSalam Sorğunuza cavab olaraq bildirmek isterdik ki,
hamiləlik testinə bir testle tam əmin olmaq olmaz. Məsləhət görərdik 2-3 test alıb yoxlayasınız. Testlə yoxlayan zaman sidiyə çıxarkən və bitirən zaman nümunə yox orta anda bir nümünə götürüb test edin.
100% əmin olmaq üçün qan testi ilə də bunu yoxlada bilərsiniz.
Qeyd: sidik ilə hamiləlik testləri 100% əminlik təşkil etmir. Ən yaxşı hamilelik testi üzərində Amerika bayrağı olan test-dir. Onu alıb yoxlamağınızı hər dəfəsində eyni nəticə çıxarsa yenə şüphəniz varsa sağlamlığınız üçün qan analizi vərərək hamiləlik testi etmeyinizi tovsiyə edirik<.blockquote>
Salam.Menim xestelenmeyime 2 gun qalib. Ozumde deyiwiklik hiss edib test eledim. Xettin 1-i tund qirmizi? 1-i ise aciq qirmizi cixdi.defelerle etdim eyni netice verdi. bunu nece bawa duwmek olar?hamileyem? Cox sagolun.
ReplyDeletesalam önceden size teşekkürümü bildirirem. sualıma geldikde ise men her ay hamilelik hiss edirem lakin sonda aybaşı vaxtımdan 2-4 gün keçdikden sonra aybaşı oluram. xatırladımki hamileliyin ilkin merhelesindeki bütün elametler mende özünü gösterir. deye bilmezsiniz bu ne ile elaqedardır? üstelik testlerim bele hamile olduğumu-işareni göstermir.artıq test mende psixoloji gerginlik yaradır.xahiş edirem sualımı cavablandırın. tekrar teşekkür edirem.
ReplyDeleteЗдравствуйте. Стимулировалась Клостилбегитом. Неделью назад 3 дня подряд делала тест на беременность. Все время положительные (первый ели видимый, второй немного темнее, а третьий очень темный).Так как внизу живота с правой стороны тянула обратилась к врачу. Гормон беременности (ХГЧ) 166. Узи ничего не показало. Согласно расчетам врачи сказали, что, возможно, это внематочная (по акушерским расчетам 5 недель и 5 дней, а со дня зачатия где то 3 или 3,5 недель). Они сказали при таком сроке и УЗИ должен показать и уровень ХГЧ должен быть большим. Отмечу что последние месячные начались31 января. Цикл 30-32 дня. А анализы делала где то 4 дня назад.
ReplyDeleteКак вы думаете на счет всего этого? ХГЧ в норме?
Заранее спасибо всем.
Salam! Men demek olarki her ay hamileliyimi hiss edirem ama
ReplyDeletehamile olmuram.Hekime gedende hekim normal oldugunu bildirir hersheyin.Bu mesele neyle baglidir? Xestelik anindada chox agrayiram.
Salam. Men artıq 10 gundur ki aybaşı olmuram. Urek bulantilari, halsizliq vardir. 2 dəfə hamilelik testi etdim birincide gostermedi, ikincisinde ise hər ikisidə qizardı. Amma men hamile olmamaq ucun ozumu tam gozleyirem. Oruc tuturdum, bu aybaşi olmamaya təsir edə bilər? xatirladim ki, aybasi olmamaqgima gore ginekologa muraciyet etdim mene dermanlar yazdi oruc olduguma gore gozledim ki sonra edim, amma gecikmə məni şübhələndirdi həkim burada olmadigina gore yeniden muraiyet ede bilmedim.
ReplyDeleteSalam. Men artiq 10 gundən çoxdur ki aybaşı olmuram. Bu gune kimi cins əlaqədə olmamışam, lakin üstən olaraq olmuşam və sperma menim cinsi orqanıma tökülmüşdür. Qızlıq pərdəm pozulmamışdır. Hal-hazirda hamiləliyin əlamətləri məndə vardır. Xahiş edirəm mənə bildirəsiniz mənim hamilə olma ehtimalım vardırmı?, vardırsa bundan necə qurtula bilərəm.
ReplyDeleteSalam. Men qan analizi verdim ve hamile oldugumu bildim. Amma qizliq perdem pozulmayib. Bunu gotuzdursem qizliq perdem pozulacaq? hansi yolla goturmem mene gelecekde problem yaratmaz?
ReplyDelete