
Gözəl olmaq üçün yalnız kremlər ya da bitki özləriylə baxım tətbiq etmək lazım olduğunu düşünürsünüzsə yanılırsınız! Artıq gözəlləşmənin seks edərək də mümkün olduğu sübut edildi. 3 min 500 Amerikalı qadın üzərində araşdırma edən elm adamları, cinsi həyatından məmnun olan və uzun illər seks edən qadınların gənc və gözəl qaldığını ortaya çıxartdı.
Xoşbəxtlik hormonu ifraz olunur
Seks əsnasında qan təzyiqinin artması, əzələlərin işləməsi və xoşbəxtlik hormonunun həddindən artıq dərəcədə ifraz olunması qalıcı gözəllikdə əhəmiyyətli faktorlar arasındadır. Həftədə 3 dəfə seks edən qadınlar, ən az 10 yaş daha gənc və gözəl görünürlər!
Stressi də önləyir
Yaxşı bir cinsi həyatın, beyin üçün də faydası böyükdür. Bunun səbəbi isə beynin cinsi əlaqə əsnasında normaldan çox daha çox işləməsidir. Üstəlik sekslə birlikdə başağrısı, stress kimi problemlər də sona çatır. Qısacası, həm gənc və gözəl qalmaq həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər seksi təklif edir.

0 Comments