Müasir azərbaycanlılar qədim və ulu mədəniyyətin varisləridirlər. Zarafatsız. Xüsusiylə də manızlarımız.
Misal üçün təzə ulduzumuz Səidə Sultan, deyilənə görə ailəsinin fəxri, qohumlarının qürur mənbəyi və qəlir qapısıdır. Bir sözlə korifeydir.
İlhamə Quliyeva meqa-super-muper prişmando… oy uzr istəyirəm, primadona ola bilər, Səidə korifey ola bilməz? Həm oxuyur, həm oynayır, həm də xalqın mənəvi irsinin keşiyində durur. Azərbaycan bundan artıq korifey tapacaq?
Halaldır!!! Həm özünə, həm onu yetiştirib səhnəyə buraxanlara, həm də onu izləyən bizlərə. Halaldır!!!
Yazının davamındaki şəkillərə mütləq baxın və siz də “HALALDIR!!!” deyin.
Bir də gözəl-göyçək bir oğlanımız var, Tolik. Vətənin kişi balası, mərd qoruyucusu, şərəf dirəyi, Qarabağın azadlıq ümidi. Cavanlarımızın əksəriyyəti (bəli, bəli!) onun kimi pul qazanan, onun kimi tanınmış, onun kimi bomba xod gedən oğlan olmaq istəyirlər. Vallah, istəyirlər!
Ya da в крайнем случии F.A. olmaq da olar. Saçını-başını-g… rəngləyib, əskər forması giyinib klip çəktirmək. Soruşanda ki, "ay vətənpərvər oğul, əskərliyə niyə getməmisən? Qarabağda müharibə gedəndə axı sən 23-25 yaşındaydın. Heç o tərəflərə getmisən?" - F.A. kimi "Mən xəstəyəm, spravkam var" cavab verərlər. Adətimizdir də.
Aygünün və Röyanın xələfi Tolikin də şəkillərinə baxıb, niyə onun kimi olmaq istədiklərini öyrənin.
Biri gəldi əllədi, oynaştırdı…
İkincisi gəldə əllədi, sürtüştürdü…
Üçüncüsü də yalamağa hazırlaşıb.
Diyəsən bunu hələ harda gördülər, tutub əlləyirlər. Vətənin gözəl qızı, TV-lərin sevimli qəhramanı isə oçereddekiləri gözləyir.
Bombastik oğlan Tolik isə lap özündən çıxıb. Aygünün tərbiyəsidir də, bundan artıq olamayacaq ki. Yoxsa Röya ona etika-estetika dərsi keçib?
Şəkillər TREND agentliyinə məxsustur. Şəkillərdəki həşəratlar isə Azərbaycana məxsustur.
[wp-imageflow2]
azerbaycan.li

2 Comments
Yazi yaxwi yazidi...yeni movzu baximindan oxunaqlidi...amma muellif bir az orfoqrafik savadini artirsa yaxwi olar...en azindan dilimize hormet etmek ucun...
ReplyDeleteDehwetdilere bunlar )))
ReplyDelete