Subscribe Us

Seks Həyatını Avlovlayan Məşqlər

Çiçəklər və şokoladlar romantik anlar üçün ideal ola bilər amma gün içində getdiyiniz bir kilometr yolun seks həyatınızı tamamiləmesqdəyişdirə biləcəyini bilirdinizmi? Hər gün aparılan yeni bir araşdırma, məşqlərin seks həyatına müsbət təsirlərini sübut edir. Mütəxəssislər nizamlı məşqin bir çox istiqamətdən həm ruhu həm də bədəni təsir etdiyini müdafiə edir. Əzələlərin inkişafı, dayanıqlılıq səviyyəsinin artırılması və qan dövranının təşkil edilməsi cinsi həyatı müsbət təsir edən faktorlardan bəziləridir. Lakin məşqlər gərəyindən çox edildiyi təqdirdə kişilərin testosteron səviyyələrində enişlər müşahidə edilir, bu vəziyyət də cinsi istəyi azaldır.

Tantra Məşqləri ilə Seks Həyatınızı Təşkil etmək Əlinizdədir
Tantra məşqləri bu aralar olduqca məşhurdur. Yaxşı, nədir bu məşqlər və eşq həyatımıza nə kimi əlavəsi ola bilər? Oxuduqca, düşündüyünüzdən daha çox faydalı olduğunu görəcəksiniz...

Edə biləcəyiniz bəzi tantra məşqləri:

1) Maral Məşqi
Bu məşq kəşf edilmədən əvvəl meşələrdəki marallar bir müddət müşahidə edilmiş və maralların bu hərəkətlərinin, böyük cinsi gücləri və ömür boyu sahib olduqları gənc görünüşdən ilhamlanılaraq insanlara uyğunlaşdırılmasına qərar verilmişdir. Bu məşqlə kişilərin boşalmalarını idarə altında tuta bilmələri və qadınların vaginalarını daha yaxşı tanımaları təmin edilmişdir.
Bu məşqi yoldaşınızla birlikdə etməlisiniz. Bir çox yogi mütəxəssisi, anustakı əzələlərin (pelvik döşəmə əzələləri) boşalmasının erkən yaşlanmanın səbəbi olduğunu müdafiə edir. Bu əzələlərin güclü qalmasıyla gənc görünüşün qoruna bildiyi deyilir.

Necə edilər?
Məşq əsnasında boşaltmaq üçün istifadə etdiyiniz əzələlərinizi sıxıb, bir neçə dəqiqə eləcə durun. Sonra oturduğunuzda bu əzələlərin gərildiyini hiss edəcəksiniz. Əzələlərinizi 15 dəfə sıxıb sərbəst buraxın. Bu məşqi hər yerdə, kimsənin xəbəri olmadan edə bilər və təsirlərini tez görə bilərsiniz.

2) Qadınlar Üçün Pelvik Döşəmə Əzələ Məşqləri (Kegel Məşqi)
Pelvik döşəmə əzələlərinizin bu günə qədər fərqinə varmamış ola bilərsiniz. Lakin nizamlı məşqlə güclənən bu əzələlər sizə çaşdırıcı cinsi faydalar təmin edəcək... Pelvik döşəmə əzələlərinin yeri: Başlamadan əvvəl bu əzələlərin tam olaraq harada olduğunu anlamamız lazımdır. Kiçik tualetinizi edərkən, istədiyiniz zaman dayana bilmənizi təmin edən əzələlər pelvik döşəmə əzələləridir.

Necə edilər?
İki tip məşq var. 'Yavaş kegellər' əzələlərinizi gücləndirmənizə və bu əzələlərinizə hökm etmə müddətinizin artmasına köməkçi olar. İkinci qrup 'sürətli kegellər' isə öskürdüyünüz ya da asqırdığınızda pelvik döşəmə əzələlərinizin gərilmə sürətini artırar.

Yavaş kegellər:
Yavaş məşq üçün yerə ya da yatağınıza uzanın. Nəfəs alın. Nəfəsinizi verərkən pelvik döşəmə əzələlərinizi yavaşca sıxın. Beş saniyə bu şəkildə durun, sonra nizamlı nəfəs almağa davam edin. Zamanla bunu on dəfəyə çıxara bilərsiniz. Pelvik əzələlərinizi çox sıxmamağa diqqət göstərməlisiniz çünki bu başqa əzələlərinizi təsir edə bilər. Məşqləri səhər və axşam olaraq 4-5 dəfə etməyə çalışıb, sonunda 10 dəfəyə çıxara bilərsiniz.

Sürətli kegellər:
Sürətli kegellər də eyni yavaş kegellər kimi edilər. Tək fərqi, əzələlərinizi daha tez sıxıb sərbəst buraxmanız, iki sıxma hərəkətinin arasında ən az üç saniyə olması lazımdır. Bu məşqi də 10 dəfə təkrarlaya bilərsiniz. Məşqlərinizi kafi müddət yataraq təkrarladıqdan sonra artıq oturaraq davam edə bilərsiniz. Bədəninizdəki dəyişməni hiss etməniz üçün altı həftəyə ehtiyacınız var. Amma gözləməyə dəydiyini görəcəksiniz.

3) Ağac - Nəfəs Yeniləmə Məşqi
Bu məşq yalnız boşalmanızı nəzarət etmənizə deyil, hər məşqdən sonra özünüzü təp-təzə hiss etmənizə səbəb olacaq. Gün içində bir çox dəfə təkrar edə biləcəyiniz ağac məşqiylə nəfəsinizi daha yaxşı idarə edə biləcəyinizi fərq edəcəksiniz, beləcə orgazmlarınız daha sıx, uzun davamlı və sıx olacaq.

Necə edilər?
Məşqə başlamaq üçün sol burun dəliyinizi bağlayın və sağ burun dəliyinizdən 5ə qədər sayaraq nəfəs alın. Nəfəs alarkən ritmik hərəkət etməyə cəhd göstərin. 5ə qədər saydıqdan sonra burun dəliklərinizin ikisini birdən bağlanın və nəfəsinizi 5ə qədər sayaraq saxlayın.

Sonra sağ burun dəliyinizi açın və yenə 5ə qədər sayaraq nəfəs verin. Dayanmadan sağ burnunuzdan nəfəs alıb, nəfəsinizi tutduqdan sonra sol burun dəliyinizdən verin. Bunu ən az 10 dəfə təkrarlayın.

Məşq əsnasında bədəninizin universal bir enerjiylə dolduğunu hiss edəcək və altıncı dəfədən sonra təsirini görəcəksiniz.

Əgər saydığımız bu iki məşqi qaydalarına uyğun gələrək və nizamlı olaraq etsəniz, bir sonrakı cinsi təcrübənizdə möhkəmləşmiş əzələləriniz və universal bir enerjiylə dolan bədəninizlə çox daha müvəffəqiyyətli olacaqsınız.

Seks Üçün Hərəkətə Keçin!
Cinsi fəaliyyəti və istəyi artırmaq üçün məşq çox əhəmiyyətlidir. Nizamlı məşqlər hormonları işlədir, stressi aradan qaldırır, yağ yandırılmasına köməkçi olur və bədəni canlandırır. Ruhi olaraq da özümüzə etibarımızı artırır və özümüzü sağlam hiss etməmizi təmin edir...

  • Əlləriniz çiyinlərinizə paralel şəkildə yerə burun üstü yatın. Əllərinizin köməyiylə, sinəniz və dizlərinizi yerdən qaldırın. Sonra qollarınızı boşaldaraq bədəniniz yerə dəyməyinə az qalmış dayanın. Bu hərəkəti 10-20 dəfə təkrarlayın. Bu hərəkət bədəndəki toksinlərin atılmasına da köməkçi olar.

  • Dizlərinizi büküb kürək üstü yatın. Ayaqlarınızı bir-birinə dəyərək yerə paralel dayanana qədər qaldırın. Əllərinizi başınızın arxasında ya da sinənizdə birləşdirərək sinənizi yerdən qaldırın. Boyunuzu oynatmamaq üçün tavanda bir nöqtəyə fokuslanmalısınız. Bu məşqi 20 dənə olmaqla 3 dəfə edin edin.

  • Dizlərinizi büküb kürək üstü yatın. Sinənizi qaldıraraq, qarın əzələlərinizin köməyiylə əllərinizi ombanızın üstündən dizlərinizə qədər itələnin. Sonra təkrar köhnə mövqenizə dönün. Bu məşqi də 20 dənə olmaqla 3 dəfə edin. Boyunuzu oynatmamaq üçün tavanda bir nöqtəyə fokuslanmağı unutmayın.

  • Dizlərinizi bükün, qıçlarınız açıq şəkildə kürək üstü yatın. Əllərinizi dua edər mövqedəykən, sinənizi yerdən qaldıraraq və qarın əzələlərinizdən istifadə edərək qıçlarınıza doğru itələyin. 20 dənə olmaqla 3 dəfə edin.

  • Bu hərəkətə kəpənək hərəkəti deyilir. Yatağa qıçlarınızı büküb kürək üstü yatın. Ayaqlarınızla yatağa basın. Sonra, qıçlarınızı özünüzə doğru çəkə bildiyiniz qədər çəkin. Bu sırada biləklərinizi bükərək ayaq altlarınızı bir-birinə dəydirin. Sonra dizlərinizi yatağa doğru basdırın.
    Dizlərinizi aça bildiyiniz qədər açdıqdan sonra 60 saniyə bu mövqedə gözləyin. Sonra qıçlarınızı birləşdirərin və rahatlayın. Bir əvvəlki hərəkəti yoldaşınızla kürək kürəyə, oturaraq da edə bilərsiniz.

  • Ola bildiyincə dik oturun. Çiyinləriniz rahat dayansın və başınızı onurğanızla eyni xəttdə yapışdırın. Ayaqlarınızı özünüzə doğru çəkə bildiyiniz qədər çəkin. Sonra dabanlarınızı bir-birinə dəyəcək və dizlərin çölə baxacaq şəkildə çevirin. Ayaqlarınızı yapışdırın və yavaş yavaş nəfəs alıb verin. Dizlərinizin aşağı doğru endiyini görəcəksiniz. Bu hərəkət əsnasında dizlərinizi aşağı doğru itələməyin. Özbaşına hərəkət etmələrinə icazə verin.

  • Qollarınız iki yanınızda kürək üstü yatın və rahatlayın. Nəfəs verin. Sonra nəfəs almanız üçün lazım olan əzələlər xaricində bütün əzələlərinizi sərbəst buraxaraq dərin bir nəfəs alın. Ardından nəfəs verin. Nəfəs verərkən pelvis əzələlərinizi möhkəmlədin. Lakin özünüzü çox məcbur etməyin. Bu məşqin sizə yorğunluq hissi verməməsi lazımdır. Nəfəs verdikdən sonra pelvis əzələlərinizi təkrar rahatlaşdırın. Bu məşqi 3-8 dəfə təkrarlayın lakin özünüzü çox yormayın. Sonra təkrar rahatlaşın.[ad#468x15]

Post a Comment

1 Comments

  1. men burani beyendim amma
    bezi tanisliq saytlarında qizlarin evezine oqlanlar cata kirir buda mene lezzet etmir oqlanlara kisi ilin qiz adi ilə yazismayin
    qizlari öz oqlanlarimizla yazisin qeyri millətləri rədd edin

    ReplyDelete