Subscribe Us

Nə Qədər Orgazm O Qədər Sağlamlıq



Xoşbəxt bir seks həyatının qadınları xəstəliklərə qarşı daha müqavimətli etdiyi ortaya çıxdı. Araşdırmalar göstərir ki, cinsi həyatlarında təminsizlik problemi yaşayan və orgazm ola bilməyən qadınlar, xəstə olmağa daha meyllidir.

Məlumatlara görə yataq otağında müvəffəqiyyətli olan qadınlar, digər həmcinslərinə görə çox daha üstündür, xüsusilə də sağlamlıq mövzusunda. Xoşbəxt bir seks həyatının qadınları xəstəliklərə qarşı daha müqavimətli etdiyi ortaya çıxdı. Aparılan araşdırmalar göstərir ki, seks həyatlarını canlı tutan qadınların, ayda iki dəfə birlikdəlik yaşayanlara görə həkimə getmə nisbəti daha azdır. Xəstəliklər qarşısında istifadə etdikləri dərmanlar belə iki tərəf arasında böyük bir fərqlilik ortaya qoyur.

Avstraliyadakı Qadın Sağlamlığı proqramından bir qrupun, yaşları 20 ilə 65 arasında dəyişən 300 qadın üzərində etdikləri anketdə, cinsi birləşmə əsnasında orgazmı sonuna qədər yaşayanların, bu mövzuda çətinlik çəkənlərə görə daha enerjili olduğu müəyyən edildi. Bundan başqa araşdırma, çox seks etmənin əhəmiyyətli olmadığını, əsl əhəmiyyətli olanın seksin keyfiyyəti olduğunu vurğulayır. Bir seks mütəxəssisi mövzuyla əlaqədar olaraq bu öyüdü verir: "Əgər partneriz çox yorğundursa və ya başı ağrıyırsa, ona etməniz lazım olan tək şeyin seks olduğunu söyləməlisiniz."

Post a Comment

0 Comments