
Bəylər, Xanımlar... Cinsi gücünü itirməkdən qorxanlar... Düşmənlərinizi tanıyın və onlarla döyüşmək üçün silahlarınızı seçin. Onlara dərhal təslim olmayın
CİNSİ gücü artırıcı yeməklər, üsullar böyük maraq görür. Halbuki, cinsi gücü azaldıcı faktorları diqqətə almaq daha əhəmiyyətlidir.
Cinsəllik hər insanda doğuşdan mövcud olan bir instinktdir. Ancaq xüsusilə böyük şəhərlərin həyat tempi, cinsəlliyi azaldıcı tələlərlə doludur. Hələ iş həyatında qarşılaşılan çətinliklər və stress seks həyatınıza öldürücü zərbələr endirər.
Bu düşmənlərin ən təhlükəliləri...
SİQARET: Siqaret tüstüsündəki bir çox kimyəvi maddə, damarlarda sıxılmağa və qan axınının azalmasına səbəb olarlar.
Qan axını pozulan klitoris, vagina və cinsi orqanlar daha az həssas olarlar. Siqaret çəkildikdən sonra edilən cinsəllikdə orgazm daha az yaşanar.
STRESS: Stress vəziyyətində, qandakı DHEA və testosteron səviyyələri düşər. Stressli bir gündən sonra cinsi istək azalar. Stress səbəbi ilə kortizol kimi stress hormonları artar. Qan damarlarının daralması və qan axınının azalmasına səbəb olar. Stress cinsi həyatda çox əhəmiyyətli faktorlardan biridir. Əhəmiyyətli bir yığıncaq əvvəli, imtahan əvvəli və bənzər vəziyyətlərdə cinsi istək və cinsəllikdən zövq almaq diqqətə çarpan nisbətdə azalar.
YUXUSUZLUQ: Yuxusuzluq halında stress hormonlarından kortizolu artırar. Bu hormonun yüksəkliyi cinsi istəkdə azalmasına səbəb olar. Siqareti azaltmağa çalışın. Necə gəldi hər şeyə baş qoşmayın. Və yuxunuza diqqət yetirin.Yoldaşınız fərqi dərhal fərqinə varacaq.

0 Comments