
Lent.az-ın məlumatına görə, onlar İstanbulda bir restoranda nahar etdikləri vaxt “Habertürk”ün fotokamerasına tuş gəliblər.
Ferrari ilə Nasırova şəkillərinin çəkildiyini gördükdə panikaya düşüblər. İtaliyalı müdafiəçi sürətli addımlarla Qazaxıstan gözəlinin yanından ayrılıb. O, İtaliyadan gətirdiyi, xüsusi olaraq onun üçün yığılan “Maserati” markalı avtomobilinə yox, taksiyə minib.
Ferrarinin ardınca Nasırova da başqa taksiyə minərək, restorandan uzaqlaşıb. Amma onlar getməmişdən öncə başqa yerdə görüşmələri haqda razılığa gəliblər.
Qeyd edək ki, yaraşıqlı görkəmi ilə qadınların ağlını başından alan Matteo Ferrari “Beşiktaş”a transfer olduqdan sonra venesuelalı sevgilisi Aida Yespika ilə ayrılıb. Sonradan o, pop müğənnisi Tuğba Əkinçi ilə görüntülənib.

1 Comments
EEEHHHH BOW-BOW WEYLERDI FIKIR VERME FERRARI
ReplyDelete