Subscribe Us

Çılpaq Şaxta babalar uşaqlara konsert verdilər



Populyar gənc qrup “Next” bu gün Gənclər və İdman Nazirliyi və “Təkan” Tələbə Gənclər İctimai Birliyinin təşəbbüsü ilə düzənlənənkonsertdə çıxış edib.

Qrupun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, konsert Əhmədlidə “SOS uşaq kəndi”ndə gerçəkləşib.

Konsert təsirli məqamlarla yadda qalıb. Qrupun çıxışından təsirlənən körpələrdən biri uşaqların qırmızı papaqlı şəklini görüb, onların Şaxta baba olduğunu zənn edib. Bundan sonra o, qrup üzvləri ilə birlikdə nağıllar alıəminə getmək istəyib.

Gənc popçular xeyli zəhmət bahasına gözüyaşlı uşağı sakitləşdirib, ona hədiyyə veriblər.

Lalə Yusifqızı

Post a Comment

0 Comments