
Anglikan Kilsəsinin ABŞ-dakı qolu olan Amerika Yepiskop Kilsəsi 1988-ci ildən indiyədək başqa bir qadınla birlikdə olduğunu gizlətməyən 55 yaşlı Mari Glaspulun keşiş sinfindən 153, dünyəvilərdən isə 203 səs aldığın açıqlayıb.
Lent.az-ın məlumatına görə, Glasspul homoseksuallığını gizlətməyən Gene Robinsonun Amerika Yepiskop Kilsəsinə seçilməsindən sonra cinsi meylini açıq-aşkar bildirən ikinci yepiskop olub.
Rahib Gene Robinson böyük mübahisə və həyəcan dolu bir seçkidən sonra Amerika Yepiskop Kilsəsinin homoseksuallığını açıq etiraf edən ilk yepiskopu olmuşdu.
2,3 milyon üzvü olan Amerika Yepiskop Kilsəsi dünya səviyyəsində 77 milyon inanclı insana xidmət edən Anglikan Kilsələr birliyinə daxildir.

0 Comments