Subscribe Us

Seks və Ayıb

seksNə krallar, nə kilsə; nə avtoritar, nə totalitar rejimlər; nə analar, atalar, nə müəllimlər; nə coğrafiya, nə də tarix, cinsəlliyin xaricə vurmasının, bir şeirə, bir şəkilə, bir romana, bir filmə çevrilməsinin önünə keçə bilməmişlər. Çünkü cinsəllik, insan gerçəyinin bir parçasıdır. Zaman içində, cəmiyyət adəti, ənənələri dəyişər, amma bu gerçək dəyişməz. Bir gerçək var olsun da insanoğlu onu dilə gətirməsin, o gerçək sənət əsərlərinə əks olunmasın, görülmüş hazisədir mi bu?

Görülmədiyi üçün də, insanoğlu özünü dərk edəni, cinsəllik gərçəyini, kimi dövrlərdə və ölkələrdə azadca, kimi ölkələrdə gizlicə dilə gətirmişdir. Bunun da kiminsə sandığı kimi ümmət əxlaqıyla, millət əxlaqıyla bir əlaqəsi yoxdur.

Yunan/Latın ədəbiyyatı erotizmlə doludur. Hindistanda, bütün divarları cinsi eşqin səhnələri ilə bəzənmiş məbədlər vardır. Zen dininin Tantra məzhəbində, qadın və kişi cinsi orqanları müqəddəs işarələrdir. Tantranın müqəddəs əl yazmaları, cinsi orqanların (Yenil və Yang) və cütləşmə (daha doğrusu təkləşmə) səhnələrinin şəkilləri ilə bəzəlidir.

Nietzschenin məşhur, "Erosu zəhərləyən tək tanrılı dinlər olmuşdur." sözü bir gerçəkdir, amma zəhərlənmiş də olsa Eros həyatını davam etdirməyi bacarmışdır. Kilsə təzyiqinin ən ağır novu orta əsrlər Avropası, cinsəlliklə dolu şeirlər, dastanlar, əhvalatlar, nağıllar yaratmışdır. Bəlkə tək tanrıya inanan cəmiyyətlərdə, cinsi sənət, Yaponiyada, Çində olduğu kimi bir inkişaf göstərməmişdir amma insan surətini qadağan edən İslam dininin etibarlı olduğu ölkələrdə, birliklərdə belə erotik bir sənət vardır. Şübhəsiz hər cəmiyyət, öz xüsusiyyətləri içində bir cinsi eşq sənəti yaratmışdır. Bu səbəblədir ki bu gün, bir Yapon, bir Hind, bir Çin, bir Avropa, bir İslam, bir Afrika, bir Okeana erotizmindən danışılmaqdadır.

Başda Min bir Gecə Nağılları olmaq üzrə, bütün İran və Osmanlı (həm xalq, həm divan) şeri,Mevlananın ulu Məsnəvisi erotik elementlərlə doludur. Bütün bunlar hər kəsin bildiyi gerçəklərdir.

Bu bilinən gerçəklərə, daha az bilinən bir gerçəyi əlavə edək: Cinsi eşq sənətinin inkişaf etdiyi dövrlər, o cəmiyyətlərin ən az problemli olduğu dövrlərdir. Yunan/Roma sənətinə baxaq, Çin və Yapon erotizminin ən yüksək həddə çatdığı dövrü araşdıraq, cəmiyyətin nisbilik hüzur/dinclik içində olduğu dövrlər bunlardır.

Qadağan etmələrin ağırlaşdığı dövrlərə baxdığımızda isə döyüşləri, ictimai qarışıqlıqları, iqtisadi çöküntünü və siyasi rəhbərliyin özünə olan etibarını itirməyə başladığını görürük.

Bu gün bizdə olduğu kimi.

Dünən qərb cəmiyyətlərində olduğu kimi.

Məsələn çox deyil 30 il əvvəl, 1956-cı ilin Noyabr ayında bu gün cib kitabı olaraq satılıb da çox bir oxucunun maraqını çəkməyən, cinsi eşq ədəbiyyatının ən cəsur yazıçısı Marquis də Sadənin kitablarını nümayiş edən Jean Jacques Pauvert adlı yaymağın özünü mühakimə orqanlarının qarşısında tapar.

Bir çoxu 475 ədəd basılmı, ən yüksək tirajı 2.000 olan bu kitabı yaymlayarak cəmiyyət əxlaqını pozmaqla günahlandırılan Pauverti müdafiə edən məşhur hüquqçu Maurice Garçon, görkəmli müdafiə etməsində, düşüncə azadlığı və qadağan etmələrlə əlaqədar tarixi məlumatları verdikdən sonra belə deyər: "İnsan Haqqları Universal Bildirişinə, çağımızın bu müqəddəs kitabına vara bilmək üçün əsrlər tərəfindən sürən bir səy göstərmişdir filosoflar, bunun döyüşümünü vermişlər. Bütün mədəni dövlətlərin imzaladığı bu bildiriş adamın inanclarından ötəri ‘narahat' edilə bilməyəcəyini nəzərdə tutar. 3 Sentyabr 1971 konstitusiyası, hər adama düşüncələrini söyləmək, yazmaq, nəşr etmək və yaymaq azadlığını verər, yazılan, nəşr edilən, yaymlanan heç bir şey senzuraya tabe, tutula bilməz, əvvəldən araşdırmaz, deyər. (İki əsr əvvəlki bu konstitusiya maddəsini aktuallığı dolayısyla, "xüsusi olaraq" köçürdüm bura F. E.). Daha sonra belə deyər hakimlərə müdafiə etmə vəkili Maurice Garçon: "Bunu da ifadə edim ki cəmiyyət əxlaqı mövzusunda, mühakimə orqanları, hər vaxt yaşadıqları zamanın 30 il gerisindədir."

Fransanın ən hörmətli yazarlarının, mütəfəkkirlərinin müdafiə etmə şahidi olaraq iştirak etdiyi bu iddia nəticəsində nümayişçi Pauvert məhkum olmuş, Marquis də Sadənin kitabları yığdırılıb yox edilmişdir.

1956… Cəzair döyüşünün ən qızğın dövrüdür. Aradan 30 deyil, 15 il keçmədən bu kitablar, minlərlə ədəd çap olunmuş və heç bir senzuraya uğramamışdır. 15 il içində cəmiyyət əxlaqında nə dəyişmişdir ki Sadənin kitabları, əxlaq pozucu, dağıdıcı, təhrikedici xüsusiyyətlərini bu vaxt itirmişdir? Tək nümunə nə Fransadır, nə də Marquis də Sadə hadisəsi.

Nümunələr hər dövrdə, hər ölkədə vardır.

Henri Millərin, öz yurdunda, Amerikada nümayiş olunması üçün 30 il gözləməsi, Fransada səslənilməsi gərəkmişdir. İngiltərə, buraxın Lady Chatterlyin Aşiqini, əla-həzrətlərinin belə oxuyub anlamaqda çətinlik çəkəcəyi Joycenin Ulyssesinin nümayişinə icazə verməmişdir. Eh, düşüncə azadlığının "Kəbələri"ndən sonra başqa bir nümunə vermək lazımdırmı?

Bütün qadağalar, qoruyacaqları heç bir şey qalmadığı zaman, bir şeyi qoruyarmış kimi görünmək istəyən siyasi iqtidarların dövründə ortaya çıxar və müəyyən ictimai təbəqələrdən güc alma məqsədi daşıyar.

rbrb_2536

Bu gün bizdəki vəziyyət də budur.

Sağdan ya da soldan ya da ortadan biri çıxıb soruşa bilər: Cəmiyyət əxlaqını qorumaq lazım deyilmi?

Şübhəsiz lazımdır. Amma cəmiyyət əxlaqını tək uçqur sadələşdirənlərin qoruya bilmədikləri başqa əxlaq dəyərləri vardır deməkdir. Cəmiyyətin bütün "maddi və mənəvi" dəyərləri qorunduğunda, cinsəllik də, onun xaricə vurumu da, sənəti də, həyatı da o əxlaqın çərçivəsi içindəki gerçək yerlərini alar.

Beləcə qadağan etmədən və qadağan edilməkdən qurtulunur. Qadağan etmə ehtirasını xarakterizə edəcək ən yüngül söz ‘ayıbdır.

Post a Comment

1 Comments

  1. mene sex yaxsi seydi amma ovlad sahibi olmaqcun indiki dovrde sex kirledibler qehbeler maviler lezbiler hamisina nifret edirem 18 yasim var bakireyem toyuma qeder de bele qalacam ozumu oldurerem mene tecavuz etseler

    ReplyDelete