Bu gün Bakı sakinləri qəribə hadisəyə şahidlik ediblər. Şəhərin mərkəzində, Füzuli meydanında 35-40 yaşlı qadın əynindəki geyimiinsanların gur olduğu yerdə soyunub. Zümzümə edərək əvvəlcə gödəkçəsini və köynəyini yavaş-yavaş soyunan qadın, daha sonra digər paltarlarını soyunub.Meydanın ortasında fəvvarənin qarşısında tamamilə çılpaq qalan qadın ətrafdan keçən insanları “əyləndirməyə” başlayıb və onlara necə deyərlər pulsuz "striptiz" göstərib. Daha sonra alt paltarını çıxaran qadın onu təəccüblə baxan "tumsatan"ın üstünə atıb.
ANS PRESS əməkdaşının şahidi olduğu hadisə təxminən 10 dəqiqə davam edib. Vətəndaşların təəccübünə və qəzəbinə səbəb olan qadın bu addımını heç nə ilə izah etməyib.
Əraziyə çağırılan polis əməkdaşlarını görən qadın paltarlarını geyinərək oradan uzaqlaşıb.

0 Comments