Subscribe Us

Polşada pedofilləri axtalayacaqlar

Polşada kimyəvi axtalanma barədə qanun qüvvəyə minib. Belə ki, prezident Lex Kaçinski pedofillərin farmakoloji müalicəsinə dair1970qanunun həyata keçirilməsini qanuniləşdirib.

Xatırladaq ki, Polşa Seyminin aşağı palatasının deputatları seksual cinayətlərdə təqsirli bilinənlərin kimyəvi axtalanması barədə qanunu sentyabrı ayında qəbul ediblər. Yeni qanun 15 yaşadək uşaqları və ya yaxın qohumlarını zorlayan cinayətkarların axtalanmasını məcburi edir. Qanunun qəbulunun əleyhinə yalnız üç deputat səs verib.
Qanun həmçinin uşaqbazların və ya qan qohumları (valideynlər, övladlar, bacı və qardaşlar) ilə cinsi əlaqədə təqsirli bilinənlərin azadlıqdan məhrumetmə müddətinin artırılmasını da nəzərdə tutur.

Yeni qanuna görə, pedofiliyaya istənilən formada haqq qazandırılması cinayət hesab edilir və iki müddətinədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni cəza internet vasitəsilə 15 yaşadək uşaqları yoldan çıxaran şəxsləri də gözləyir.

İndi Polşada cinayət məsuliyyətinə cəlb olunan şəxslərə ya açetat çiproteron veriləcək, ya da hər ay leupropelin iynəsi vurulacaq. Bu preparatlar kişi cinci hormonlarının təsirini yatırır.

İsraildə bu məqsədlə "Dekapeptil" istidadə edilir ki, bu da qeyri-təbii seksual ehtiyacları azaldır.
Kimyəvi axtalanmada cinayətkarın qanına kişi hormonu olan testestoronun miqdarını sıfıra endirən inyeksiyanın yeridilməsi nəzərdə tutulur. Bu əməliyyatdan sonra azadlığa çıxsa belə, uşaqbazı cinayətkarlığa sürükləyən əvvəlki «vərdiş» tamamilə aradan qalxır.

ABŞ-ın bəzi ştatlarında uşaqbazlara kimyəvi axtalanma cəzası çoxdan verilir. Hətta cərrahi axtalanma da var, amma bu əməliyyat cinayətkarın şəxsi razılığı əsasında həyata keçirilə bilər. Almaniyada isə kimyəvi axtalanmaya ildə 6 nəfər uşaqbaz məruz qalır. Fransada da uşaqbazlar bu cür cəzalandırılırlar. Amma hakimiyyətə gələndən sonra Fransa prezidenti Nikolya Sarkozi cəzanı bir az da sərtləşdirməyi təklif edib - «ya bu əclaflar ömürlərinin sonuna kimi həbsxanada qalmalı, ya da azadlığa çıxmamışdan əvvəl mütləq axtalanmalıdırlar».

anspress

Post a Comment

0 Comments