Subscribe Us

Eşq öpüşləri

Qadın onu bürüyən ehtirasdan vəcdə gəldikdə, öz ovuclan ilə sevgilisinin gözlərini qapamalı, öz dilini onun ağzına salaraq, sevgilisininopusme "nefrit zoğunun" onun "nefrit köğuşunda" covlanını yada salan xoş hərəkətlərlə müxtəlif istiqamətlərdə gəzdirməlidir.

Öpüş haqqında qədim təlimatlara görə, öpüşün emosional diapozonu çox genişdir adi nəvazişdən tutmuş, erotikanın, ehtirasın ən ali zirvəsinə qədər. Çin və Hindistanın qədim məhəbbət mətnlərindən dərin erotik öpüşün əhəmiyyəti xüsusi qeyd edilir və o, cinsi əlaqənin özündən sonra ikinci yerə qoyulur.

Bəzi adamlar öpüşmə zamanı öz partnyorlarının emosional vəziyyətini çox dəqiq fərqləndirə bilirlər. Məlumdur ki, cinsi oyanma zamanı qadın öpüşünün dadı dəyişir, xüsusi tam verir. Bu, tüpürcəyin fizioloji-kimyəvi tərkibinin dəyişilməsi ilə izah edilir. Və öpüşmə zamanı seksual oyanmanın bu dadı kişiyə sarsıdıcı təsir göstərir.

Qədim mətnlərdə bədənin öpülə biləcək 8 əsas unöqtəsi" göstərilir: qulaq, boyun, qoltuq, dodaq, bud, qarın; yançaqlar, döş. Kişilər yalnız öpülməyə icaze verilən və qadağa qoyulan yerləri əvvəlcədən müəyyən etdikdən sonra (qadının öz razılığı, yaxud onun reaksiyası əsasında) “işə başlaya bilər".
Öpüşün aşağıdakı qızışdırıcı mexanizmlərini fərqləndirmək lazımdır.

  • Qoxunun, iyin qızışdırıcı təsiri. Buna görə bəzi xalqlar burunlarım bir-birlərinə sürtərək salamlaşırlar. Bu zaman onlar qarşılıqlı surətdə bir-birlərinin iyini çəkirlər.

  • Kişilər və qadınlar bir-birlərini ehtirasla öpəndə ("ağız-ağıza" öpüş) aradakı bütün sədlər itir, onlar bir-birlərinin gözünün içinə baxmaqla öz ruhlarını harmoniya halına gətirirlər.

  • Öpüş- ilkin sevgi oyununda ən güclü qızışdırıcı, ehtiras oyadan vasitədir. Belə ki, kişi və qadın öpüş sayəsində "üst qatda" birləşmiş olurlar. Bu "üst ittifaq" bəzi adamlara "alt ittifaq" (fallosun uşaqlıq yoluna daxil edilməsi) qədər güclü təsir göstərir və onlara cinsi əlaqəni xatırladır.
    Qədim kitablarda göstərilir ki, bütövlükdə götürdük-də ağız həm qadının cinsiyyət orqanlarının xarakteristikalarına uyğun gəlir (ağız və dodaqlar), həm də kişinin cinsiyyət orqanlarının xarakteristikalarına (dil). Erotik öpüş həm kişi, həm də qadın keyfiyyətlərini tədqiq etməyə imkan verir.

  • "Savadlı" öpüşlər güclü energetik yüksəlişi təmin edir. Dodaqlarımızı müvafiq enerji mərkəzlərinə toxundur-maqla biz onları oyadır, onların ruhi gücünü və kanalların stimullaşdırır.

  • Öpüş həyatverici sekresiya və enerjilərin mübadiləsini doğurur. Qədim kitablarda göstərilir ki, qadın və kişi məhəbbətlə məşğul olanda, onların bədəni hər ikisi üçün Sekresiya – vəzilərin orqanizmin fizioloji fəaliyyətinə lazım olan maddələr hazırlayıb ifraz etməsi prosesi.
    Cana faydalı incə sekresiyalar ifraz edir. .Qədim məhəbbət üsullarından biri bundan ibarətdir ki, qadının orqazm. anı yaxınlaşanda o, dilini qabaq dişlərinin arxasındakı damağa dirəyir və orqazm zamanı öz dilini kişinin ağzına soxur ki. o, qadının şəhvət anında (orqazm) ifraz etdiyi şirəni yumşaqca və məhəbbətlə sora bilsin. Qədim təbabət kitabların-da bunun böyük müalicəvi əhəmiyyəti xüsusi qeyd edilir.

  • Qədim Hindistanların məxfi mətnlərində göstərilir ki, qadının üst dodağı onun bədənini ən erogen zonalarından biridir. Onlar bunu, üst dodağı və damağı (ağız boşluğunun yuxarı hissəsinin səthi) klitorla birləşdirən xüsusi energetik kanalın mövcudluğu ilə izah edirlər. Bu kanal bədənin məxfi onuncu qapısı kimi tanınır; bu kanalla incə cövhər axır. Müasir dildə desək, orqazm zamanı bu kanal ilə güclü enerji hərəkət edir.


Üst dodağın masajı masajı enerjinin azad olmasına təkan verir və cinsi oyanmam şövqləndirir.
Qədi məhəbbət mətnlərində səkkiz əsas öpüş növü təsvir edilir.

"İLK öpüş". Qız oğlanla birinci görüşə gələrkən, «utanıb sıxılır. Oğlana məsləhət görülür ki, o bu səddi aradan götürmək üçün qızın boynunu yüngülcə çimdikləyib qulağından, yaxud başından astaca öpsün. Sonrakı öpüş "qarşılıqlı etiraf adlanır. Bu o vaxt baş verir ki, artıq tanış olmuş oğlan və qız yenidən görüşdükdə üzlərində sevinc ifadəsi, dodaqlarını bir-birlərinin yanaqlarına toxundururlar. Və nəhayət üçüncü öpüş. Gənc qız onun xoşuna gəlmiş oğlandan\ ayrılarkən, ehtiras və həyəcandan titrəyərək, ona ona öpüş bəxş edir. Bu üçüncü busə - "titrək-öpüş" adlanır.

Təsvir edilən sonrakı öpüşlər müəyyən təcrübəsi olan kişi və qadınlara aiddir və onları vəcdə gətirmək üçün nəzərdə tutulub.
Hər ikisinin dodağı yüngülcə bir-birinə toxunduqda bu, "birbaşa öpüş" adlanır.

Kişi və ya qadın öz sevgilisinin hər iki dodağını öz dodaqları arasında sıxanda, bu, "sıxıcı öpüş" adlanır.
Sevgililərdən biri öz diliylə o birinin dilinə və dodağına toxunanda və o naz edərək buna yüngülcə müqavimət göstərəndə, bu, "dillərin mübarizəsi" adlanır.

Kişi qadının üst dodağım, qadın isə onun alt dodağını öpəndə, bu, "üst dodağın öpüşü" adlanır. Bu zaman qadın xəyalən enerji kanalını onun klitorundan üst dodağına gələn neon qaytan şəklində təsəvvür etməyə çalışmalıdır. O öz vumenlərini (uşaqlıq yolunu əhatə edən xüsusi əzələlər) yığmaqla bərabər dərindən nəfəs almaqla bu kanaldakı enerji cərəyanını stimullaşdırır. Həmin kanalı idarə etməyi öyrəndikdən sonra qadın sevgi oyununda həm özünün, həm de sevgilisinin aldığı ləzzəti istədiyi vaxt artıra bilər.

"Üst dodağm öpüşü”nün daha bir növü. Vəcdə gəlmiş qadın kişinin alt dodağım dişlərin arasına alaraq, yüngülcə çeynəyib dişləyir. Kişi də eyni vaxtda onun üst dodağı ilə həmin hərəkəti edir. Bu onların daha çox vəcdə gətirir. Bütün varlığını bürümüş ehtirasdan üz-gözü dəyişilmiş qadın (və ya kişi) öz sevgilisinin bədənini öpüşlərə qərq edir. Onun dili və dodaqları bədənin üstüylə gah sürətlə, gah ləng hərəkət edir. Bu, həzzin yaranma nişanəsi olduğu üçün öpüş də "nişanə" adlanır* və sairə.

Ehtiras və eşq haqqında qədim təlimatlarda şəhvətdən doğan öpüşlər bax bu cür təsvir edilir. Öpüş zamanı üz və ağız əzələlərini boş saxlamağı öyrənin. Yadınızda saxlayın ki, öpüşmə ağızların ikiqat "alovundan" törəyən çox qiymətli maye və enerjinin mübadiləsinə imkan yaradır. Öpüşmə məharəti düzgün mənimsənildikdən sonra sevgi oyunu daha ehtiraslı olub, orqanizmə, sinir tellərinə sakitləşdirici və müalicəvi təsir göstərir.

Müasir tədqiqatçılar müəyyən etmişlər ki, səhərlər işə gedərkən öz arvadlarmı qucaqlayıb öpən kişilər bunu etməyənlərdən orta hesabla beş il çox yaşayır, yol qəzalarına az düşür və daha çox qazanırlar.

Post a Comment

0 Comments