Zabitlər işdən qovulublar, azadlıqdan məhrum edilə bilərlərRusiya Federal Təhlükəsizlik Xidmətinin və Müdafiə Nazirliyinin zabitləri dostları ilə zarafat etmək fikrinə düşüblər və toy günü gəlini oğurlayıblar. Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, olay bukmeyker və milyarder Oleq Juravskinin toyunda baş verib.
Oleq Juravski və Olqa Lebedovanın toy mərasimində gəlini qaçıran Denis və İvan Ivannikovlar həm də qardaşdırlar. Denis İvannikov toy günü qəfil gəlinin əlindən tutaraq, onu qardaşı İvan İvannikovun sükanı arxasında əyləşdiyi maşına mindirib.
Gəlin paltarında olan Olqa Lebedovanı az sonra qardaşlar geri qaytaranda bəy onların üzərinə cumub. Oleq Juravski bir dəstə pulu Denis və İvanın üzünə çırpıb. Bundan sonra dava-dalaş daha da böyüyüb.
Hər iki qardaş işdən qovulub. Hazırda işə onların işinə Moskva qarnizonunun hərbi məhkəməsində baxılır. Mövcud qanunvericilikdə insan qaçırma ilə bağlı 15 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

0 Comments