Subscribe Us

İmum çatışmazlığı nədir?

İnsan orqanizmi müxtəlif sistemlərdən ibarət olan mütəşəkkil bir mexanizmdir. Hər bir sistemin öz rolu vardır. İmmun sisteminin roluimum orqanizmi xarici ziyanvericilərdən və daxildə əmələ gələn bədxassəli şiş hüceyrələrini məhv edərək qorumaqdır.

Çox mürəkkəb prosesləri idarə edən bu sistemin səyi nəticəsində orqanizm xəstəliklərdən sağalır, yad və zəhərli maddələrə qarşı mübarizə aparır, təhlükə vaxtında lazımi reaksiyanı verir. İmmun sistemi orqanizmin müdafiəçisidir, ordusudur. Və bu ordunun əsgərləri - immun hüceyrələridir. Bunların arasına T-limfositlər mühüm yer tutur. Onlar orqanizmə daxil olan yoluxucu amilləri həm tapır, həm öldürür, həm də immun reaksiyadan sonrakı halı sakitləşdirir.

Hər bir virus növünün orqanizmdə sevdiyi toxuma vardır. Məsələn, hepatit virusları qaraciyəri zədələyir, qrip virusları - udlağı və burunun selikli qişasını. HİV-in isə sevdiyi toxuma T-limfositlərdir. Orqanizmə düşən HİV hər hansı bir yolla T- limfositlərin içərisinə keçir, orada çoxalır, onları partladır, yayılır və beləliklə ildən-ilə T-limfositərin sayını azaldır. Bu da immun çatışmazlığına gətirib çıxardır.

İmmun çatışmazlığı - "əsgər çatışmazlığı" deməkdir. Müdafiəsiz qalan orqanizm hər bir hücuma qarşı açıq olur. Yoluxucu amillər tezliklə orqanizmi zəiflədir, opportunistik infeksiyalar baş qaldırır və müxtəlif xəstəliklər törənir vərəm, uzunmüddətli ishal, göbələk xəstəlikləri, limfa düyünlərinin şişməsi - limfadenit və s. - müxtəlif uzunmüddətli iltihabi proseslər yaranır.

Digər tərəfdən də bədxassəli hüceyrələr çoxalır və insanda şişlər yaranır. Bu mərhələ AİDS adlanır. AİDS mərhələsinə keçmiş adam nəinki xüsusi virus əleyhinə dərmanlar atmalı, həm də hər əlavə xəstəliyə qarşı müalicə almalıdır. Bu dövrdə ölüm faizi çox yüksək olur.

Post a Comment

0 Comments