Amerika polisi Filadelfiyanın 43 yaşlı sakini Syuzen Finkelşteyni fahişəlikdə ittiham edərək həbs edib.Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, qadın Baş Beysbol Liqasının həlledici oyununa bilet əvəzinə seks təklif edib.Finkelşteyn elanını populyar “Craigslist” saytında yerləşdirib. O, elanda özünü “böyük döşə malik sarışın qadın” kimi təsvir edib, beysbolun həlledici görüşünə 2 biletə möhtac olduğunu bildirib. Bunun əvəzində o, unudulmaz seks vəd edib.
Qadının elanına polis əməkdaşları reaksiya veriblər. Finkelşteyn özünü bileti olan şəxs kimi qələmə verən polis əməkdaşı ilə görüşdə bilet əvəzində onunla seksə razı olduğunu bir daha təsdiq edib. Bundan sonra o, həbs edilib.

0 Comments