Parisdə təşkil edilən 3-cü Beynəlxalq Cinsi Müalicələr Konqresində erkən boşalma və bunun cütlərin psixoloji və ictimai həyatına təsirini izah edən Milano San Rafaele Resnati Xəstəxanası Psikoloğu və Jinekolojik Cinsi Müalicələr Mərkəzi Başçısı Professor Alessandra Graziottin sualları cavabladı.Graziottin, qadınların cinsəllikdən həzz alma tələbinin son illərdə daha çox əhəmiyyət qazandığına diqqət çəkərək erkən boşalmanın cütlər arasında əhəmiyyətli problemlərə gətirib çıxardığını ifadə edərək, "Bu problemi yaşayan kişilərdə, içə bağlanma kimi problemlər başlayır, partnerinə həzz və kef verməyi unudur.
Problem cütlərin həyat keyfiyyətini mənfi istiqamətdə təsir edir. Xüsusilə qadının həyatına təsir edir" dedi.
Graziottin qadının hər yaşda xoşbəxt olmağa haqqı olduğunu ifadə edərək, "Qadınların ən təbii haqqı həzz almaqdır. Dünya Sağlamlıq Təşkilatı belə qadınların cinsi təmin haqqı olduğunu ifadə edir. Təməl ehtiyacları aradan qaldırılmış bir ölkədə cinsəllik problemləri də həll edilmişsə insanlar daha xoşbəxt, daha balanslı, daha istehsalçı olurlar. Beyinləri daha çox işləyər. Ayrıca balanslı bir rəhbərliyə də sahib ola bilirlər. Problemsiz və komplekssiz siyasətçilər ölkənin rifaha çatmasında köməkçi olacaq" deyə açıqlama verdi.
Sağlamlığınıza diqqət
Prof. Graziottin, 50 yaşından sonra bir kişinin sağlamlığı yerindədirsə əlaqədə çətinlik çəkməyəcəyini ifadə edərək, "Kişilərin kiloları çox deyilsə, təkrarlanan məşq etsələr və sağlamdırlarsa 80 hətta 90 yaşında belə əlaqəyə girə bilərlər. Seks etmək istəyirsinizsə sağlamlığınıza diqqət yetirin" dedi.

0 Comments