Subscribe Us

Prezervativsiz seksə 8 il həbs

Qorunmadan cinsi əlaqəyə girən, HIV daşıyıcısı 41 yaşındakı Alman 8 il həbs cəzasına məruz qaldı.
kondom

Almaniyada 11 ildir, AIDS xəstəliyinə gətirib çıxaran HIV virusu daşıyan 41 yaşındakı bir diskjokey, qorunmadan cinsi əlaqədə olduğu və 13 yaşındakı bir qızla da birlikdə olduğu üçün Würzburg Əyalət Məhkəməsi tərəfindən 8 il həbs cəzasına məruz qaldı.


Məhkəmə, şübhəlisi, HIV daşıdığını bilməsinə baxmayaraq qorunmadan cinsi əlaqədə olmaq, bu vəziyyətini birlikdə olduğu qadınlara söyləməmək və yetkin yaşda olmayan bir qızla birlikdə olmaqdan günahlandırıldı.


Digər tərəfdən bu adamın birlikdə olduğu 2 qadın ilə 13 yaşındakı qızda HIV tapılmadığı bildirildi.


Diskjokeye verilən cəzaya, 2007 ili başlarında da bənzər cinayətlərdən mühakimə olunduğu üçün aldığı 5 il 6 aylıq həbs cəzasının da daxil olduğu açıqlandı.


İddia əsnasında etdiklərindən peşman olduğunu və kimsəyə zərər vermək istəmədiyini ifadə edən diskjokey, bundan sonra qorunmadan cinsi əlaqədə olmayacağını söylədi.




Post a Comment

0 Comments