
Dilinin altında bir şeylər saxladığını hiss edirsinizsə hazırlıqlı olun ki bombanı partlatdığında əlaqəniz zərər görməsin...
1.Herpesi varmış və bu səbəblə sizdən uzaq dayanıbmış!
Məgər aylardır görüşdüyünüzə baxmayaraq hələ "o mərhələ" yə gələ bilməyişinizin səbəbi onun soyuq, aseksual biri olması deyil; genital herpes sahibi olmasıymış!
Durun, dərhal həddindən artıq reaksiya verməyin. Mütəxəssislərə görə, insanlar genital herpes daşıdıqlarını öyrəndiklərində cinsi həyatlarının bitdiyi narahatlığına qapılıb depresif bir ruh halına girər, dərindən sarsılar. Vəziyyəti sevgililərinə, yoldaşlarına söyləmək heç də asan olmaya bilər. Çünki təbii olaraq tərk edilməkdən qorxarlar. Ayrıca başlarına gələn vəziyyətdən ötəri utanarlar. Bu mövzudakı əhatəli araşdırma nəticələrinə görə, herpes sahibi olanların 82 %-i depressiya yaşayır, 75 %-i isə partnyorları tərəfindən rədd edilmə qorxusu daşıyır.
Sizə bunu işin də başında söyləmədiyi üçün qızğın ola bilərsiniz, ancaq unutmayın ki hər hansı bir cinsi yaxınlaşma olmadan bu gərçəyi ifşa etməsinin səbəbi yenə də sizi qorumaqdır. Bütün cinsi həyatının detallarını ortaya tökməsini istəmək yerinə nə vaxt qoyulduğunu və bütün testləri etdirib etdirmədiyini, ayrıca təzyiqləmə müalicəsi olub olmadığını soruşun.
Genital herpesin qəti müalicəsi yoxdur. Ancaq, dərman müalicəsi ilə semptomlar idarə altında tutula bilir və kondom istifadəsiylə infeksiyanın yoldaşlara bulaşma riski azaldıla bilir. Onun herpes sahibi olması əlaqəni sonlandırmanız mənasına gəlməyə bilər, ancaq daha irəli getmədən əvvəl bu əlaqənin ciddi olub olmadığına əmin olun.
2. Özünü tapmaq üçün işdən ayrılmaq istəyirmiş
Əvvəlcə hansı sahələrdə iş baxmaq istədiyini soruşun. Ayrıca verdiyi bu fasilənin nə qədər sürəcəyini təxmin etdiyini öyrənin. Əgər nə etmək istədiyini bilmir ya da hər hansı planı yoxsa narahatlıqlanmağa başlaya bilərsiniz. Xəyallarını reallaşdırmaq istəməsi, özünü daha yaxşı hiss edə biləcəyi bir işdə işi arzulaması bütün gün kompüter qarşısında oturub, oyun oynaması mənasını vermir! Bir tərəfdən özünü tapmağa çalışarkən digər tərəfdən də hadisəyə ağırlığını qoymalıdır. Məsələn keçici bir işdə işləyə bilər. Bir tərəfin işdən ayrılması gəlirin avtomatik olaraq düşməsi mənasını verəcək. Bu səbəblə təcili olaraq bir gəlir-gedər planı çıxarı edin və əgər öhdəsindən gələ bilməyəcəksinizsə bir müddət daha işə davam etməsi mövzusunda israrçı olun.
3. Fikirini dəyişdirmiş, uşaq istəmirmiş
Bu üzrəndə ortaq məxrəcə gələ biləcəyiniz bir mövzu deyil. Tətilinizi harada keçirəcəyinizlə ya da harada yaşayacağınızla əlaqədar fikirini dəyişdirməyə çalışa bilərsiniz. Bunlar, uşaq sahibi olma qərarının yanında həyatın kiçik detalları ola bilər ancaq. Çünki uşaq bütün həyat boyunca sürən tək və ən əhəmiyyətli məsuliyyətdir. Əgər uşaq sahibi olmaq sizin üçün olmazsa olmazdırsa onun bir gün fikirini dəyişdirəcəyini ümid edərək əlaqənizi davam etdirməniz böyük bir xəyal qırıqlığıyla nəticələnə bilər.
Hadisəyə bir də bu istiqamətdən baxın; uşaq mövzusunda fikirini dəyişdirməsinin səbəbi, sizinlə bir gələcəkdə olmamaq şübhələrdən qaynaqlanır. Ana olmaq istəyirsinizsə şübhəsiz bu mövzuda daha uyğun bir əlaqəyə, birlikdə valideynlərlik edə biləcəyinizə inandığınız birinə ehtiyacınız var.

0 Comments