İranda Ailə Məhkəməsi, atasının icazə verməsinin ardından Şahayeh adlı gənc qıza, 12 ildən bu yana ən yaxın yoldaşı olan, ancaq daha sonra əməliyyatla cinsiyyət dəyişdirən Ardaşir ilə evlənməsinə yaşıl işıq yandırdı.İlk başda bu evliliyə qarşı çıxan ata, kişi olmadan əvvəlki adı Nigar olan kürəkən namizədi Ardaşirin, kişi-qadın əlaqəsinə uyğun olduğu yolunda tibbi raportu alması şərtiylə evliliyə razı oldu. Məhkəmə əsnasında ata Alirıza Sedaghati, hakimə belə bir evliliyin ardından komik vəziyyətə düşməkdən və alçaldılmaqdan qorxduğu üçün qızına icazə vermədiyini söylədi. Sedaghati, "Son bir neçə ildir Ardaşir evimizə bir çox dəfə girib çıxdı.
Bütün qohum və qonşularımız, onu qız olaraq bildilər. Qızımın qız yoldaşının kürəkənim olmasına dözüm edə bilmərəm" dedi. Şahayehin israrlı tutumuna görə ata sonunda qızına şərtli evlilik icazəsni verdi. Ölkənin köhnə inqilab və dini lideri Humeyninin nəşr etdiyi fətva ilə cinsiyyət dəyişdirmə əməliyyatlarına icazə verməsi üzərinə İran, dünyada Taylanddan sonra bu növdə ən çox əməliyyat edilən ikinci ölkə oldu.

1 Comments
salam. men erimle cinsi elaqede olan zaman menim cinsi orqanimdan bezi xoshagelmez sesler gelir. xahish edirem meni basha salin gorum bu xestelikdi ya tebii bir sheydir
ReplyDelete