Subscribe Us

Cinsi həyatı dəyişdirəcək möcüzə dərman!

erkenbosalma Parisdə təşkil edilən Üçüncü Beynəlxalq Cinsi Tibb Dərnəkləri Konqresində ISSIR (Beynəlxalq Cinsi Problemlər və İqtidarsızlıq Araşdırmaları Dərnəyi) Başçısı Prof. Dr. Jacques Buvat, 22 ölkədən, altı min erkən boşalma problemi olan kişi üzərində sınanan dapoksetinin boşalma müddətini üç qatına qədər uzada bildiyini söylədi.

Prof. Dr. Buvat, "Yalnız reseptlə satıla bilən dərmanı 18-64 yaş arasındakı kişilər istifadə edə bilər. Söz mövzusu dərman, boşalma müddətinin uzatma, boşalmanın idarəsni və erkən boşalmağla bağlı stress səviyyəsinin azaldılmasında təsirli bir həll təmin etdi. Libido və ereksiyaya mənfi təsiri yoxdur. 24 saatda bir dozadan çox alınmamalı" dedi.


Boşalma müddətinin kişidən kişiyə dəyişdiyini ancaq ümumiyyətlə bir-on dəqiqə davam etdiyini ifadə edən Prof. Dr. Buvat, "Ortalama müddət dörd-beş dəqiqə. Boşalma, bir dəqiqədən əvvəl olursa erkən. Erkən boşalma problemi olan qrupun ortalama müddəti 30 saniyə" dedi.


Dr. Alessandra Graziottin "Erkən boşalma, ereksiya problemindən daha sıx görülür. Kişilər bu mövzuda danışmağı sevmir və yüzdə 40 nisbətində spirtə sığınır" dedi.


Post a Comment

1 Comments

  1. cox xais edirik dermanin adin deyinde mene bir aileni qurtarmis olarsiz?

    ReplyDelete