Subscribe Us

Aybaşı nədir

Aybaşı qadınlarda cinsi yetkinliyin əlamətidir. Aybaşı zamanı uşaqlıq yolundan ifraz olunan ifrazat qandan və uşaqlığın selikli qişasından ibarətdir. Aybaşı əsasən 3-5 gün davam edir, 7 gün davam etsə də normal sayılır. Hər aybaşı zamanı qadın 30-60 ml qan itirir. Əgər aybaşı zamanı qan laxtaları müşahidə olunarsa, qadında zəiflik, başgicəllənməsi, bənizin solğunluğu hiss edilərsə, və aybaşı 7 gündən artıq və ya çox az vaxt (1-2 gün) davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır.

İlk aybaşından (menarxo) sonra ilk 1,5-2 il müddətində aybaşı tsikli qeyri-müntəzəm ola bilər.

Aybaşı tsikli nədir?

Aybaşı tsikli mürəkkəb və vacib bir siklik prosesdir. Aybaşı tsikli zamanı hormonların səviyyəsinin dəyişməsi fonunda uşaqlığın daxili qatında (endometri) dəyişikliklər baş verir. Ayda bir dəfə endometri qopur və qanlı möhtəviyyat şəklində xaricə ifraz olunur.

Aybaşı tsikli və aybaşının müddəti anlayışlarını bir-birindən ayırmaq lazımdır. Aybaşı tsikli qanaxmanın ilk günündən başlayır və növbəti qanaxmanın birinci gününə qədər davam edir. Normal (tipik) aybaşı tsikli 28-30 gün davam edir, lakin 22 gündən 35 gün arasında dəyişə bilər. Stress, ağır işlər və digər zərərli faktorlar aybaşının gecikməsinə səbəb ola bilər. Əgər bu gecikmələr sistematik (tez-tez) deyilsə, narahat olmayın, belə ki, həmin faktorlar aradan qalxan kimi, aybaşı normaya düşəcəkdir. Əgər gecikmə müntəzəm hal alırsa və aybaşı tsikllori arasında bir neçə ay keçirsə, mütləq həkimə müraciət etmək lazımdır. Aybaşı tsiklində baş beyin, hipofiz, yumurtalıqlar, uşaqlıq, uşaqlıq boynu, uşaqlıq boruları, uşaqlıq yolu iştirak edir. Xüsusi endokrin vəziləri (hipofiz, yumurtalıqlar) tərəfindən kimyəvi maddələr olan hormonlar hasil edilir və onlar aybaşı tsiklinə nəzarət edir. Bu yumurtalıqlarda yaranan estrogen və progesteron, həmçinin hipofizdə yaranan follikulstimuləedici və lüteinləşdirici hormonlardır.


Aybaşı tsikli zamanı nə baş verir


Aybaşı tsiklinin birinci yarısında estrogen hormonunun səviyyəsi artdığından endrometrinin qalınlaşması baş verir, həmçininusaqliqfollikulstimuləedici hormonun səviyyəsi artdığından yumurtalıqların birində yumurta hüceyrəsi yetişməyə başlayır. Aybaşı tsiklinin (28 gün) 14-cü günü lüteinləşdirici hormonun səviyyəsinin artmasına cavab olaraq yumurta hüceyrəsi yumurtalıqdan çıxır. Bu proses ovulyasiya adlanır. Aybaşı tsiklinin ikinci yarısında yumurta hüceyrəsi borular vasitəsilə uşaqlığa düşür.

Progesteronun səviyyəsi artır ki, bu da endometrini hamiləliyə hazırlayır. Əgər bu vaxt yumurta hüceyrəsi ilə spermatozoid görüşürsə, onda mayalanma əmələ gəlir. Mayalanmış yumurta hüceyrəsi uşaq-lığın divarına yapışır və hamiləlik başlayır.

Əgər yumurta hüceyrəsi mayalanmırsa, onda о ya parçalanır, ya da orqanizm tərəfindən sorulur. Hamiləlik baş tutmadıqda estrogen və progesteron hormonlarının səviyyəsi aşağı düşür və qalınlaşmış endometri yavaş-yavaş qopur və aybaşı başlayır. Aşağıdakı şəkildə siz ovulyasiya prosesi zamanı yumurta hüceyrəsinin yumurtalıqdan çıxdığını və uşaqlıq boruları ilə uşaqlığa doğru getdiyini görürsünüz.

Aybaşı zamanı qadınlar hansı problemlərlə üzləşə bilər?

Aybasi

Aybaşılarla bağlı qadınlar müxtəlif problemlərlə - ağrı, güclü qanaxma, aybaşının gecikməsi və s. ilə üzləşə bilərlər.

  • Amenoreya - aybaşının olmaması. Qızlarda 16 yaşma qədər aybaşının ol-maması, qadınlarda 6 ay ərzində aybaşının kəsilməsi amenoreya adlanır. Amenoreya 16 yaşa qədər, klimaks və döşlə əmizdirmə dövründə fizioloji sayılır. Əgər amenoreya bədən çəkisinin kəskin azalması, ciddi xəstəlik, qidalanmanın pozulması, həddən artıq məşqlər və stress fonunda baş verərsə, bu patologiya sayılır.

  • Güclü və uzunmüddətli qanaxma (menorragiya) - bu aybaşıdan fərqlənən vaginal qanaxmadır. Bəzən aybaşı menorragiyaya keçə bilər. Yeniyetməlik və preklimakterik dövründə tez-tez hormonların disbalansı (balansın pozulması) baş verir ki, bu da aybaşı tsiklinin pozulmasına və uşaqlıq qanaxmalarına səbəb olur. Uşaqlıq qanaxmaları həmçinin fertil yaşlarda da rast gələ bilər və bunun da səbəbi uşaqlığın fibromioması (şişi) və poliplərdir. Belə qanaxmaların müalicəsi fərdi, yəni hər bir konkret halda onun səbəbi aşkar ediləndən sonra aparılmalıdır. Uşaqlıq qanaxmalarının nəticəsi olan həyati təhlükə törədən anemiya (qanazlığı) əmələ gələrsə, dərhal həkimə müraciət etmək lazımdır.

  • Dismenoreya - ağrılı aybaşıdır. Bu problemə münasibət birmənalı deyil. Ay-başının ilk günlərində ağrının olması normal sayılır. Əgər ağrılar intensiv, daimi deyilsə, qısamüddətlidirsə, onda həyəcana heç bir səbəb yoxdur. Əgər ağrılar həddən artıqdırsa və ürəkbulanmasına səbəb olursa, onda ağrıkəsici preparatlar qəbul etmək, səbəbi aşkara çıxarmaq və adekvat müalicə təyin etmək lazımdır. Bunu ancaq həkim etməlidir.


Qadınları həmçinin aybaşı ilə əlaqədar olan premenstrual sindrom narahat edir. Aybaşıya 2 həftə qalmış qadını aşağıda qeyd edilənlər narahat edir:

Bu zaman nə etmək lazımdır?

  • Özünüz üçün xoş əhval-ruhiyyə yaradın, gərgin vəziyyətlərdən yayının.

  • İmkan daxilində təmiz havada çox gəzin, bədən tərbiyəsi ilə məşğul olun.

  • Duzlu, acı, kəskin yeməklər, alkoqol, kofe, tünd çay, şokolad qəbul etməyin.

  • Tərkibində zülalı çox olan yeməklər qəbul edin. Yaxşı istirahət və yuxu çox vacibdir. А, B, E qrup vitaminlərinin qəbulu məsləhətdir.

  • Siqaretdən imtina edin.

  • Səhər və axşam kontrast duş qəbul edin.

  • Siqaretdən imtina edin.

  • Səhər və axşam kontrast duş qəbul edin.


Aybaşı neçə yaşında başlayır?
Menarxe ilk aybaşıdır. Aybaşının başlama yaşı fərdidir. Normada menstruasiya (aybaşı) 8-16 yaşlar arasında başlaya bilər. Qızların reproduktiv orqanlarının inkişafı başa çatdıqdan sonra aybaşı başlayır.

Aybaşı neçə yaşına kimi davam edir?

Qadınlarda aybaşı menopauzaya kimi davam edir. Menopauza təxminən 51 yaşında başlayır.

Hansı hallarda həkimə  müraciət etmək lazımdır?

  • Əgər 16 yaşında aybaşı başlamazsa;

  • Əgər aybaşı qəflətən kəsilərsə və ya gecikərsə;

  • Əgər qanaxma daha güclü və uzunmüddətli olarsa;

  • Əgər tampon istifadə etdikdən sonra özünüzdə zəiflik hiss edərsinizsə;

  • Əgər aybaşı arası uşaqlıq qanaxması baş verərsə (bir neçə damcıdan çox);

  • Aybaşı zamanı ağrı hiss edərsinizsə.

  • Qarının köpməsi;

  • Döş vəzilərinin şişməsi və ağrılı olması;

  • Susuzluq və şişkinlik;

  • Bəzən ürək ritminin pozulması və ürək nahiyəsində ağrılar;

  • Ürəkbulanma, başgicəllənmə, baş ağrıları;

  • İştahanın azalması və ya artması;

  • Bədən hərarətinin artması, üşütmə;

  • Qıcıqlanma, aqresivlik, bəzən depressiv vəziyyət;

  • Yuxunun və yaddaşın pozulması.

Post a Comment

7 Comments

  1. men zerife. bu meslehetler mene cox faydali oldu. tesekkur edirem

    ReplyDelete
  2. Her shey cox aydandi ancaq men aybashi gecikmasi yashayiram ve bu davamlidir her ay 5-10 gun gecikirem bunun sebebini organmak istardim

    ReplyDelete
  3. mende cox normal kecir hec agri da olmur,bezen olur amma cox az....size meslehetim ne qeder agri olsa da derman atmiyin,cunki adam oyrewir sonra dermansiz otuwe bilmir,hem pisxoluqlar bele bir ferziye ireli surubler ki,derman insani pisxaloji cehetden sagalmaga hazirliyir,yeni dermani atan kimi duwunursen ki agrim kececek beyine siqnal gedir ve bunu bacarirsan,amma bunu derman atmadan da ede bilersiz,pisxoluqlarin duwuncesine gore kagizi derman formasinda kesib udduqda da insan beynine siqnal gonderib o agrinin qarwisini ala biler...bax bele

    ReplyDelete
  4. goresen aybasi usaqlarda nece yasda baslayir?


    Cavab:Qızların çoxunda 9-16 yaş arasında mensturasya (aybaşı) periodu başlayır.

    ReplyDelete
  5. ay dede bu nedi boyyyyyyyyy biyabir olasiz az aaaaaaaa diyesen sef girmiwemmen uzr isteyirem qizlar bagiwlayin vay vay vay

    ReplyDelete
  6. Ay basi olduqda cinsi elaqe zamani iceri qutarsa hamile qalmaq olur?

    ReplyDelete
  7. men 14 yasimin icindeyem hele aybasi olmamisam bunun pis bir terefi yoxdur ki???

    ReplyDelete