Subscribe Us

Avtomobildə seks: çoxlarına yad olmayan hiss

Avropada qeyri-adi rəy sorğularının keçirilməsi çoxlarına tanışdır.

Rəyi soruşulanların əksəriyyəti də həyatı barədə ən xəlvəti məqamları belə gizlətmir. 2008-ci ildə “Opel”in Belçikadakı nümayəndəliyinin internet vasitəsilə keçirdiyi sorğuda rəyi soruşulanların 69 faizi ən azı bir dəfə avtomobildə sekslə məşğul olduğunu etiraf edib. Nəticələrin doğruluğu şübhə yaratmır, çünki eyni vaxtda sorğu keçirmiş bir ingilis sığorta şirkəti də oxşar nəticə əldə etmişdi. Lakin sonuncunun niyyəti avtomobil qəzalarının baş vermə hallarını araşdırmaq idi.

Sorğuda belçikalılar eyni zamanda avtoseksə mane olan əşyaları da qeyd ediblər. Bunların arasında sürət qutusunun dəstəyi, təhlükəsizlik kəmərinin kilidləri və ehtiyatsızlıqdan işə düşən siqnal üstünlük təşkil edir.

Belçikalıların əksəriyyəti avtomobil dayanacaqlarını, kənd yolları və meşələri avtoseks üçün ən münasib yer hesab edirlər. Rəyi soruşulanların 53 faizi iş başında yaxalandığını etiraf edib. Bunlardan 11 faizinə polis mane olub, 7 faizi isə arzuolunmaz piyadaların ətrafda dolaşması səbəbilə işi yarımçıq qoyublar.

Appeninlilər də Belçikalılardan geri qalmırlar. İtalyanların 88 faizi həyatlarında heç olmasa bir dəfə avtosekslə məşğul olduğunu boynuna alıb. Hətta italyan baş naziri cənab Berluskoni də ilk sevgisinin “FİAT 500” markalı avtomobildə olduğunu söyləməkdən çəkinməyib.

Bir neçə ay əvvəl Avstraliya polisi 150 km/saat sürətlə radara düşən kabrioleti saxlayır. Avtomobildən bir Vinçester, anasından miras qalmış pulla alınan 5 kiloqram tiryək və 1 ədəd kamera aşkar edilir. Sən demə, bu yüksək “mənəviyyat sahibi” özünün sükan arxasında onanizmlə məşğul olmasını lentə alırmış. Qəhrəmanımızın cəzası 3 ay həbs, 2000 dollar cərimə və 3 il sürücülükdən məhrumetmə olur.

Yazını hazırlayarkən həmkarlarımdan biri bu yaxında şahidi olduğu bir hadisəni danışdı. Həmkarımın dediyinə görə, gecə vaxtı Bayıl ərazisində bir taksidə sürücüyə fikir vermədən sevişən cütlük öz soyuqqanlılığı ilə bütün yoldan keçənləri heyrətə salmışdı.
Tanış adamlarla söhbət zamanı da çoxları avtomobildə sevişdiyini etiraf etdi. Bu “məcnun”ların ən böyük problemi isə vəzifə borcunu yerinə yetirən post patrul xidməti əməkdaşlarıdır.

Əlverişli avtomobillər

Avropalılar bu məqsədlə istifadə olunan nəqliyyat vasitələrini belə qruplaşdırırlar:

“Ford Granada”nın salonu böyük və ressorları yumşaq olduğu üçün avtomobildə ehtirası coşanları razı sala bilir.

“Mercedes” və “Audi” isə Avropa avtomobillərinin ən əlverişlisidir.

“Opel”də isə iki hal mövcuddur. Uzun illərdir Avropanın işçi atına çevrilmiş “Astra” və “Cadette” çox kiçikdir. “Senator” və “Omeqa” isə hətta basketbolçuların da ehtiyacını ödəyə bilər.

Markasından və modelindən asılı olmayaraq universal kuzalı avtomobillər sevişmək üçün idealdır. Arxa oturacaqlar yığılarkən sanballı bir məkan əmələ gəlir. Dayanacaq tormozu aşağıda olan minivenlər isə idealdır.

Lakin bəzi macərapərəstlər universal avtomobillərin salonu çarpayını xatırlatdığı üçün burada iş görməyi sevmirlər.

İstənilən avtomobildə sevişmək üçün ən namünasib məkan isə sürücü yeridir.
Uzun illər bu məsələni araşdırmış çex mütəxəssis Yaqub Mraçievin sözlərinə görə, bu iş üçün ən ideal avtomobil “Volqa”dır.

Əlbəttə, sevişmək üçün yük avtomobilləri də işə yarayır. Rus sürücülərin fikrincə, uzaq səfər üçün nəzərdə tutulan KamAZ-ların yataq yeri ideal məkandır.

İşin hüquqi halları

Avropa ölkələrində sözügedən hadisə ilə bağlı konkret inzibati və hüquqi məsuliyyət nəzərdə tutulmasa da, belə aşiq və məşuqa digər yol hərəkəti iştirakçılarının diqqətini yayındırma maddəsi ilə protokol tərtib edilə bilər.

Keçmiş SSRİ respublikalarının çoxunda bu vəziyyət xuliqanlıq maddəsi ilə tövsif edilir.

Son

Bəlkə də çoxları bu yazıdan sonra formal qeyrət və mentalitet iddiaları ilə mənə irad tutacaqlar, ya da sevərək oxuduqları bu mövzunu əxlaqa zidd hesab edəcəklər. Ölkədəki inkişafın göstəricisi olan avtomobillərin və digər texniki vasitələrin artımının mənəviyyatı korlaması kimi absurd iddiaları ortaya atanlar da tapılacaq. Amma mövcud olan bir faktı gizlətmək günəşi palçıqla suvamağa bənzəyir. Digər tərəfdən, tarixə nəzər salsaq, nəqliyyat vasitələrində sevişmənin tarixinin avtomobilin tarixini bir-neçə min il qabaqladığını görərik. Yaxın və uzaq tarixdə köçəri xalqların at üstündə sevişməsi danılmaz faktlardan biridir. Hətta vaxtilə belə bir beyt orta məktəb dərsliklərini “bəzəyirdi”:

Sərkərdə analar, igid analar
Yəhərdə doğublar övladlarını...

Vüqar Ələsgərov

Post a Comment

1 Comments