Taipeidə yaşayan və adı yalnız Lee olaraq verilən dülgər ustası, 'Başqalarının Arvadlarıyla Girilən Əlaqələr' adlı DVDnii izləmək üçün satın aldı.
Evə gəlib filmi izləməyə başlayan dülgər, DVD bir az irəliləyincə gözlərinə inana bilmədi.
Bir motelə yerləşdirilmiş gizli kamerayla çəkilən filmdə, arvadı və dostunu görüb şok oldu.
2002-də filmi görməsinin ardından Lee arvadından boşandı. Bir qəssab olan dostu isə başqa bir şəhərə qaçdı.
Ancaq Lee, keçən il Chungli Citydə köhnə dostuna rast gəlincə intiqamını aldı və köhnə dostunu ombasından bıçaqladı. Həbs olunan Lee indi həbs və pul cəzası istəyiylə mühakimə olunur.
Tayvan qanunlarına görə, Lee, hadisənin dərhal ardından ya da ən geç beş ilə qədər zina iddiası açmış olsaydı yüngül bir cəzayla hadisədən sıyrıla biləcəkdi.


0 Comments