
Bu bilinən bir psixologiya testidir. Cavabların, dəyər verdiyimiz ideallarla və anlayışlarla əlaqəli olduğu ortaya qoyulmuşdur
Aşağıdakı sualları oxuyun və mənzərəni gözünüzdə canlandırmağa çalışın. Sualları cavabını çox düşünmədən, ağılınıza ilk gəldiyi şəkli ilə bir kağıza yazın.
- Meşənin içində gedirsiniz. Yanınızda kim var?
- Meşənin içində gedirsiniz. Bir heyvan gördünüz.. Hansı növ bir heyvandır?
- Heyvan ilə aranızda necə bir qarşılaşma yaşanar?
- Meşənin içində bir az daha gedirsiniz. Birdən bir açıqlığa çıxırsınız və qarşınızda xəyalinizdakı ev dayanır. Bu evi təsvir edin.
- Xəyalınızdakı evin ətrafı sarmaşıqlarla sarılmışdır mı?
- Evin içinə girirsiniz. Yemək otağına gedirsiniz və yemək masasını görürsünüz. Masanın üzərində və ətrafında nə olduğunu təsvir edin.
- Arxa qapıdan çölə çıxırsınız. Otların üzərində yatan bir qab görürsünüz. Qab hansı materialdandır?(dulusçuluq, şüşə, kağız, dəmir və s.)
- Qabın vəziyyəti necədir? (Qırıq, möhkəm, köhnə, yeni). Qab ilə nə edirsiniz ?
- Evin kənarına doğru gedirsiniz və özünüzü su kənarında tapırsınız. Hansı tip bir su var? (göl, çay, okean və s.)
- Suyun qarşısına necə keçirsiniz ?
CAVABLAR
- Sizinlə gedən adam həyatınızdakı ən əhəmiyyətli adam.
- Heyvanın böyüklüyü fərdi problemlərinizi nə qədər böyük gördüyünüzü təmsil edir.
- Heyvan ilə aranızda keçən qarşılaşmanın şiddəti, problemləriniz ilə necə bacardığınızı göstərir. (passiv, agresiv).
- Xəyalinizdəki evin böyüklüyü problemlərinizi həll etmək üçün nə qədər istəkli olduğunuzu işarələyir.
- Evin ətrafında heç sarmaşıq olmaması açıq bir insan olduğunuzu göstərir. Hər vaxt evinizə qonaq gələ bilər. Sarmaşıqların olması bir az daha bağlı bir xarakteri göstərir. İnsanların əvvəl zəng edərək gəlməsini seçərsiniz.
- Əgər cavabınızın içində, yemək, insanlar ya da çiçəklər yoxdursa ümumiyyətlə bədbəxt bir insansınız.
- Qab nə qədər dayanıqlı bir vəsaitdən hazırlanmışdırsa 1-ci sualdakı yoldaşınız ilə olan əlaqəniz də o qədər dayanıqlı deməkdir. Məsələn: kağız və şüşə möhləm deyil buna qarşılıq metal ya da plastik dayanıqlıdır.
- Qab ilə nə etdiyiniz, 1. sualdakı yoldaşınıza qarşı rəftarınızı ortaya qoyur. Məsələn qab misdən hazırlanmışdırsa və içi su doludursa təkrar evə daşıyırsınızsa, bu sizin yoldaşınıza dəyər verdiyinizi göstərər və əlaqənizin möhkəm təməllərə söykəndiyini gösərər. Halbuki qab dulusçuluqdan hazırlanmış və qırıqdırsa, sizdə parçaları evdən uzağa atırsınızsa, bu adam ilə əlaqənizdə problemlər olduğunu və onu uzaqlaşdırmağa çalışdığınızı göstərir
- Suyun böyüklüyü sizin cinsi istəyinizi işarələyir.
- Suyun qarşısına keçərkən nə qədər islandığınız seks həyatınızın nə qədər əhəmiyyətli olduğunu göstərir.

6 Comments
Belede...pis deyil
ReplyDeletebele denormal
ReplyDeletene zordu men mesedeki heyvani ayi fikirlesdim oz ozume indi gulmeyim gelir/1-ci sualida oxuyan bilecek kimi fikirlesdim
ReplyDeletexowuma geldi test. Mense yanimda it duwunmuwdum,qarwima cixan heyvan ise quw duwunmuwdum.ela yaxcudu.
ReplyDeletene oldu ne dimekdi?
ReplyDeletesevmədimmmm :))))
ReplyDelete