
*Yoldaşlar oruc zamanı bir-birlərini şəfqətlə öpsələr oruc pozulmaz. İrəli gedərlərsə də oruc pozulmaz. Heç bir şəkildə öpüşməklə oruc pozulmaz. Təbii şəfqət həddini aşsa o zaman orucun savabında azalma olar. Şəfqət halındakı duyğularla yaşanan hər cür təmas orucu şəkilən pozmaz. Amma şəkilən pozulmayan orucun Allah qatında savabı pozulmuş ola bilər, Onu da Allah bilər. Belə duyğular yaşayan cütlərin tutduğu oruc pozulmadığı üçün kəffarə tələb etməz. Orucun pozulma səbəbləri məhdud olaraq ifadə edilmişdir. Yoldaşların bir-birlərini sevməsi savabdır.
Lakin bu Ramazan gecələrində caizdir. Cinsi əlaqə orucu pozar. Orucu açdıqdan sonra insələr sərbəstdir. Təbii ki ər arvad arasında əlaqə qanuni olduqdan sonra əlaqə savabdır. Qanuni əlaqələri olmasına baxmayaraq oruclarını cinsi əlaqəyə girərək açmaq İslami ədəbə zidddir. Qadağan deyil amma xoş da deyil.
PROF. DR. HÜSEYN XƏTTƏMİ
*Yoldaşların bir-birləriylə yaşadığı bədənsəl təmaslar orucu pozmaz. Lakin bədən təması əsnasında bir orgazm söz mövzusu olsa oruc pozular. Bir də təbii cinsi əlaqəyə girildiyində oruc pozular. Kəslər oruclarını cinsi əlaqəylə aça bilərlər. Bu caizdir. Çünki oruc müddəti bitincə, yəni topun atılmasıyla bu qadağan ortadan qalxır. Kimi yemək yeyərək orucunu pozar, kimi su içərək, kimi də cinsi əlaqəyə girərək orucunu pozar. Cinsi əlaqəyə girərək orucu açmaq təhlükəli deyil. Bu vəziyyətə "xoş deyil ya da xoşdur" demək bizim kefimizə buraxılmamışdır.

0 Comments