Cinsi yolla ötürülən infeksiyalarla aktiv mübarizə aparılırıasına baxmayaraq, problem yenə də aktual olaraq qalır. Trixomoniaz, xlamidioz, kandidoz, qonoreya, sifilis, herpes, mikoplazmoz, hepatitlər, QİÇS və s. dünyada yiiksək stabil gösloricilərə malik olan infeksiyalardır və onların nəticələri təhlükəlidir.- Dünyada hər il 330 mln CYÖİ-nin yeni hadisələri qeyd edilir.
- QİÇS-ə yoluxmaların 80%-i cinsi yolla baş verir.
- Cinsi yolla ötürülən infeksiyalar uşaqlıqdankənar hamiləliyin, öz-özünə baş verən abortun, vaxtından əvvəl doğuşun, yenidoğulmuşların inkişaf qüsurlarının risk faktorları sayılır.
- Təcrübə göstərir ki, CYÖİ göstəricilərinin yüksək olması informasiyanın olmamasından və yaxud öz sağlamlığma laqeyd münasibətdən irəli gəlir.
CYÖİ-nın yayılması necə baş verir?
CYÖİ əsasən cinsi yolla ötürülür. Xəstəliyin əlamətlərinin aşkara çıxmasından asılı olmayaraq, infeksiya mənbəyi cinsi partnyordur.
CYÖİ həm heteroseksual, həm də homoseksual cinsi əlaqə zamanı, formasından asılı olmayaraq - vaginal, anal və oral - həyata keçirilir.
CYÖİ təkcə cinsi yolla ötürülmür. Yoluxmuş insanın qanı və məişət əşyaları yaxın təmas zamanı əhatədə olan insan üçün çox tohlükəlicJir.
CYÖİ üçün xarakterik olan əlamətlər:
- Cinsi orqanların selikli qişasında qızartı, şişkinlik, qaşınma, yandırma;
- Cinsi orqanlardan ifrazat;
- Sidik ifrazının tez-tez, ağrılı olması və ya çətinləşməsi;
- Cinsi orqanlar nahiyəsində səpkilər və yaralar;
- Cinsi akt zamanı ağrı.
CYÖİ-dən necə qorunmaq olar?
- Yeganə etibarlı qorunma yolu təhlükəsiz seks;
- Bir neçə partnyoru olan yeniyetmələrin CYÖİ-yə yoluxmaq riski daha çoxdur;
- Kondomdan (prezervativ) istifadə edin;
- Təsadüfi cinsi əlaqələrdən qaçın;
- Hər bir təsadüfi cinsi əlaqə zamanı yeni kondomdan istifadə edin;
- Prezervativ - CYÖİ, QİÇS, hepatitlərdən qorunmaq üçün yeganə vasitədir;
- Keyfiyyət nişanı olan prezervativlərə etibar edin;
- Alkoqol və narkotiklərin qəbulu da CYÖİ yayılmasına şərait yaradır;
- Qorunmayan, təsadüfi cinsi əlaqədən sonra həkimə müraciət edin;
- CYÖİ-yə görə müayinəni bütün infeksiyalara görə aparmaq lazımdır, belə ki, onlar əsasən eyni zamanda rast gəlir;
- CYÖİ aşkar edildiyi təqdirdə hər iki partnyor müalicə olunmalıdır, əks haida müalicənin effekti olmayacaq.
- Həkimin təyin etdiyi dərmanların əvəz edilməsinə icazə verilmir;
- Özünü müalicəyə yol verməyin;
- CYÖİ, QİÇS diaqnostikası üçün testlərin aparılması məqsədəuyğundur. Belə testləri nikahdan və planlaşdırılmış hamiləlikdən əvvəl, həmçinin qorunmayan, təsadüfi cinsi əlaqədən sonra aparmaq lazımdır.
Kondomdan effektiv istifadə etmək üçün mütləq aşağıdakı şərtlərə əməl edilməlidir:
- Kondom qaranlıq və sərin yerdə saxlanılmalı, istifadədən əvvəl paketin tamlığı yoxlanılmalıdır;
- İti əşyalarla paketi açmayın;
- Kondomu ancaq bir dəfə istifadə etməkolar;
- Kondomu uzun müddət cibdə saxlamayın,
həmçinin onu balışın altında saxlamaq olmaz
burada olan istilik lateksi zədələyə bilər; - Prezervativdən istifadə etdikdə, vazelindən və ya digər maddələrdən istifadə etməyin, onlar prezervativi korlaya bilər;
- Kondomu spermisidlə birlikdə istifadə etmək məqsədəuyğundur. Onlardan kompleks şəkildə islifadə edilməsi prezervativin zədələnməsi zamanı arzuolunmaz hamiləlikdən qoruyıır və metodun effek-tivliyini 95-98% halda təmin edir.

0 Comments