Subscribe Us

Avstraliyada Seks Partiyası qeydə alındı

sexpartyAvstraliyanın Mərkəzi Seçki Komissiyası avqustun 8-də yeni siyasi partiyanı – Avstraliya Seks Partiyasını (Australian Sex Party) qeydə alıb.

Lent.az-ın “The Sydney Morning Herald” nəşrinə istinadən məlumatına görə, Seks Partiyası hələ 2008-ci ilin noyabrında təsis edilib, lakin qeydiyyat məsələsi bu vaxtadək yubanıb.

Partiyanın lideri xanım Fiona Patten (Fiona Patten) bildirib ki, çoxları Seks Partiyasının yaranmasının və MSK tərəfindən qeydə alınmasının əleyhinə çıxıblar.

Patten bildirib ki, 2011-ci il aprelin 16-da Avstraliya Senatına keçiriləcək seçkilərdə partiyasından namizəd olmaq fikrindədir.

Avstraliya Seks Partiyasının devizi belədir: “Biz seksə ciddi yanaşırıq” (Were serious about sex).

Partiyanın üzvləri, seksə aid məsələlərin açıq müzakirə edilməsini, məktəblərdə icbari seksual təhsil verilməsini və “Viaqra”nın güzəştlə satılan dərmanlar siyahısına salınmasını tələb edirlər.

Post a Comment

0 Comments