Subscribe Us

ABŞ prezidentlərinin seks həyatı

Gizli kəşfiyyat agentlərinin məlumatları əsasında hazırlanmış kitab sabah işıq üzü görəcək

Sabah ABŞ prezidentlərinin həyatı ilə bağlı illərlə onlara xidmət etmiş 100 gizli kəşfiyyat agentinin söylədikləri əsasında hazırlanmış kitab işıq üzü görəcək.

Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən yaydığı məlumata görə, “Prezidentin Gizli Xidmətində” (“In the Presidents Secret Service”) adlanan bu kitab “Newsmax” və “Washington Post”un məşhur müxbiri Ronald Kessler tərəfindən qələmə alınıb.

Amerika mətbuatı artıq kitabdan bəzi hissələri dərc edib.

Məsələn, prezident Con Kennedinin xidmətində olan gizli agentlər bildiriblər ki, Kennedi azad dünyanın xarizmatik lideri sayıldığı halda, seks tələbatını təmin etmək üçün Ağ evə çoxlu sayda qadın gətirirmiş. Kennedi Marlin Manro ilə Nyu-Yorkdakı otellərdə və Ədliyyə Nazirliyinin üst mərtəbəsində birlikdə olurmuş. Bir gecəlik əlaqə ilə bərabər Kennedi qrup seksə üstünlük verirmiş.

Gizli xidmət agentləri digər prezident Lindon Consonun əksər vaxt sərxoş olduğunu kitab yazarına söyləyiblər. Onu həyat yoldaşı əsasən Ağ evdəki ofisində katibələriylə sekslə məşğul olarkən yaxalayırmış və prezident agentlərə onu vaxtında xəbərdar etmədikləri üçün əsəbləşirmiş.

Prezident Riçard Nikson və həyat yoldaşı isə ayrı otaqlarda yatıb. Niksonun həyat yoldaşı Pat Nikson hər gün içki içirmiş və alkoqol düşkünü imiş.

Agentlər Cimmi Karteri ən antipatik prezident sayırlar. Karter bir mətbuat konfransında köməkçilərinin tennis oynamaq istəklərinə belə “yox” cavabı verib.

Agentlər Ronald Reyqan haqqında yüksək fikirlər söyləyiblər, onun dürüst və ədalətli olduğunu bildiriblər.

Gizli xidmət agentlərinin ən çox sevdikləri prezident Corc Buşdur.

Bill Klinton ləngliyinə görə agentləri tez-tez hövsələdən çıxarıb. Monika Levinski ilə gizli əlaqəsi olduğunu etiraf edəndən sonra həyat yoldaşı Hilari Klinton onu yaxından nəzarətə götürüb.

Gizli xidmət agentləri hazırkı prezident Barak Obamanı 2007-ci ilin mayından, prezident seçilməzdən 18 ay qabaq qorumağa başlayıblar. Agentlər Barak Obama və həyat yoldaşının özlərinə hörmətlə yanaşdıqlarını bildiriblər.

Post a Comment

0 Comments