Subscribe Us

Bəy gəlini ayaqyolunda qoyub qaçdı

1 həftəlik ailə dağıldı

Ərəbistanda yeni ailə quran gənclərin Malayziyada keçirdikləri romantik bal ayı onların boşanmaları ilə nəticələnib.

Bir həftəlik ailə inanılmaz səbəbdən dağılıb. Lent.az-ın beynəlxalq saytlara istinadən məlumatına görə, romantizm yeni gəlinin hava limanındakı ayaqyolunda çox zaman keçirməsi ilə tamamilə tükənib. Gəlinin uzun müddət ayaqyolunda qalması bəyi hövsələdən çıxarıb, o, arvadını hava limanında qoyaraq təkbaşına ölkəsinə qayıdıb. Səudiyyə Ərəbistanından olan gəlin tualetdən çıxanda ərini hava limanında tapa bilməyib, onun təşviş dolu axtarışları nəticəsiz qalıb.

Bal ayı tətilinin pulunu ödəyən qadın ərinin başına pis bir şey gələcəyindən narahatlıq hissi keçirib. Daha sonda qadın ərinin təyyarəyə minərək ölkəsinə qayıtdığını bilib. Təzə bəy isə Səudiyyə Ərəbistanına qayıdaraq yaxınlarına həyat yoldaşının hələdə Malayziyada olduğunu söyləyib. Baş vermiş hadisədən əsəbiləşən gənc qadın təcili olaraq boşanmağa qərar verib.

Kimyə Rüstəmova

Post a Comment

1 Comments

  1. YAXSHİ ELEYİB... BİZİM DE BİR TANİSH VAR XARİCE GETSELER BU DEFE ERİ ONU AZDİRACAQ 100%

    ReplyDelete