Subscribe Us

XXL ölçülü sevgi



Vaxtılə Rusiya tele kanallarının birində birağızdan “Təhlükəsiz seks – mənim seçimimdir” söyləyən gəncləri ifa edən reklamı xatırlayırsınız?

Xoşbəxtlikdən müəyyən bir vaxt keçdikdən sonra bizim Bakımızda da təhlükəsiz seksi təbliğ edən video çarxlar göstərildi. Hamının xatırladığı Aygün Kazımova və titrəyən cip çarxı və ya Azərbaycan mənşəli iki gəncin seksdən öncə əyninə skafandr geyindikləri reklam.

Bugünkü mühazirəmizin mövzusu müxtəlif formalı və görünüşlü prezervativlərdi. Və, yəqin ki,  rezin məhsulu aldıqda nəyə əsaslanmaq lazım olduğunu bilmək hamımız üçün maraqlıdır.

Kondom seçdikdə insanlar adətən bu sahədə olan biliklərinə əsaslanırlar, amma əsasən prezervativin hazırlandığı material həlledici rol oynayır. Yaxın keçmişdə lateksdən hazırlanan kondomlar ən yaxşı hesab edilirdi, indi birincilik tibbi poliuretana aiddir, lateks bu materialdan daha qalındır və daha tez cırılır.

Poliuretandan hazırlanan kondomlar digərlərinə nisbətən bahadır, amma daha da keyfiyyətlidir. Tibbi poliuretan yeniliklərə aiddir, o, isti keçirir və hipoallergikdir. Qoxusuz və tamamilə dadsızdır. Oral seksin həvəskarları üçün bu çox vacib məqamdır.

Bundan başqa prezervativi aldıqda onu nəzərdən keçirin. Əgər onun qutusu əzilib, zədələnib və ya germetik deyilsə, istifadə etməyin; prezervativ yapışqan olmamalıdır. Saxlanılma şəraitindən asılı olaraq prezervativin keyfiyyəti pozula bilər.

Bəzi prezervativlər iki qrupa bölünür: halqa (wrinkled, sрirals) şəklində nahamar (ribbed) və qabartlı (studded, dotted).

Ürək, bığlı və qollu sifətlər şəklində prezervativlərləri suvenir kimi ala bilərsiniz. Yadımdadır elə bir təcrübəm olub. Ondan sonra yarım saat dovşan şəklində olan kondomu çıxardmağa çalışırdım, bığları isə hələ bir həftə tökülürdü.

Bu gün demək olar ki, sürtküsüz kondom yoxdur, amma hər ehtimala qarşı üzərində “Lubricated” yazısı olan prezervativlər alın. Son zamanlar cinsiyyət aktınının müddətini uzadan xüsusi sürtkülü prezirvativlərə rast gəlmək olar.

Qoxuya gəlincə, aromatik prezervativlər adətən oral seks üçün məsləhətlidir, amma bəzən həddindən artıq ətirli prezervativlərə rast gəlmək olar və bildiyiniz kimi, belə ətirlilik hər zaman müsbət təsir göstərmir. Əgər iybilmə qabiliyyətinizə zərər vurmaq istəmirsinizsə, adi prezervativlər alın.

Prezervativ kip oturmalıdır, əks təqdirdə o, kontrasepsiya təyinatını doğruldmayacaq və cinsiyyət yollu ilə keçən xəstəliklərdən qorumayacaq.

Rusiya, Avropa, Azərbaycan və ABŞ-da satılan prezervativlərin ölçüləri: uzunluq 180-190 mm, en 52 mm. Statistikaya əsasən bu ölçülər 75-80% kişiləri qane etməlidir.

Ensiz penis üçün “avropa” ölçülərini seçin. Enli və uzun penis üçün 160х44 (amma bu məhsulun uzunluğunu tənzimləmək mümkündür, buna görə vacib olan prezervativin enidir). Bu modellərin buraxılış seriyası məhduddur.

Bir daha xatırladaq ki, hətta istehsalçılar prezervativin ölçüsünün yalnız təcrübədə seçilməsini məsləhət görürlər.
MİLLA


Post a Comment

0 Comments