Qədim dövrlərdən insanlar səyahətə çıxmağa, tanımadıqları uzaq ölkələrin adət-ənənələrini öyrənməyə, yeni təəssüratlarla, əyləncələrlə qarşılaşmağa can atırlar. Yeni məkan – yeni hisslər deməkdir. Yeni görüntülər, yeni atmosfer, yeni simalar, yeni mətbəx – qaçaqaçlı, dəlisov həyat ritmindən əldən düşmüş meqapolis sakini üçün və ya sakit, darıxdırıcı həyat tərzindən bezmiş kəndli üçün sadalanan məhfumlar ilk növbədə psixoloji gərginliyin müalicəsi deməkdir.Lakin xarici ölkəyə düşmüş, həyatdan ləzzət almaq qərarına gəlmiş turistlər təkcə ətfarı seyr edib, binalara baxmaqla qənaətlənmək istəmirlər. Onları qərib ölkələrə daha ekzotik istirahət cəlb edir. Ekzotika isə - çoxları üçün seks-turizm, seks-əyləncə deməkdir. Seksual xidmətlər industriyası isə qədim dövrlərdən mövcuddur və əhəmiyyətini heç vaxt itirmir. Bu xidmət sahəsinin təmsilçilərinə - “zəhmətkeş” qadınlara əbəs yerə qədim peşə işçiləri demirlər ki! Bu peşənin tarixinə nəzər salsaq, demək olar ki, şəhərə gəlmiş qonaqları əyləndirmək üçün ilk növbədə seksual xidmətlər təklif edib. Liman fahişələri hər cibə, hər zövqə uyğun olaraq, Aralıq dənizindən tutmuş Atlantikanın iki sahili boyunca yerləşmiş kabaklarında xidmətlərini təklif edirdilər. O vaxtların qonaq evləri isə xidmətlərini daha da şirinləşdirmək üçün və müştəriləri razı salmaq üçün əlavə qiymətə fahişə ilə gecə təklif edirdilər.
Qədim turistlərin sərgüzəştləri təsadüfi xarakter daşıyırdı. 19-cu əsrdə Kubaya mulatkalarla xüsusi seksual əyləncə üçün yollanan amerikalını və ya Siam krallığına (müasir Tayland) tay massajının sirrlərini öyrənmək üçün və Tayland gözəlçələrinin seksual xidmətlərindən istifadə etmək üçün yollanmış İngiltərə centlmenini təsəvvür etmək çətindir. Müasir dövrdə geniş vüsət almış turizm industriyası turistlər üçün yalnız mənəvi istirahət deyil, həmçinin geniş seksual xidmətlər də təklif edir.
Seksual əyləncə sahəsində ən geniş xidmətlər təklif edən dövlətlərdən biri – Taylanddır. Tayland cəmiyyətində artıq uzun illərdir ki, seksual xidmətlər göstərməklə yaşayışlarını təmin edən orta bir təbəqə formalaşıb. Yalnız rəsmi məlumatlara görə Taylandda seksual xidmət sahəsinə iki milyondan artıq vətəndaş cəlb edilib. İldə milyondan artıq turisti qəbul edən Taylandda fahişəlik biznesi milli gəlirlərin əsas maddəsini təşkil edir. Turistlərin əksəriyyəti bu ekzotik ölkənin yerli gözəlliklərinə, çimərliklərinə deyil - yerli gözəlçələrin seyrinə can atırlar. Bundan başqa “satqın məhəbbətin” Tay kahimələri yataq peşəsinin digər kolleqalarından fərqli olaraq öz işlərini məsuliyyətlə, vicdanla görürlər və dünyanın ən məşhur və professional fahişələri adını indiyə kimi qoruyub saxlayırlar. Taylandda əsas instinktlərini işə salmaq və eyni zanamda bir-iki yüz dollarla canlarını qurtarmaq istəyənlər - bir-iki həftəyə yataqlarından 10-15 Tay gözəlini ötürə bilərlər. Həmin parametrlər Fransada, Böyük Britaniyada, ABŞ-da və ya bizim Azərbaycanda mümkün olmaz!
Təcrübəli seks səhayətçiləri sevgi-məhəbbət sərgüzəştləri üçün əvvəldən bir Tay gözəlini seçməyi və onu bütün cinsi əlaqə zamanı keçən xəstəliklərə qarşı həkimə aparıb yoxlayağı məsləhət görürlər. İlk növbədə bu təhlükəsiz seks olacaq, ikincisi isə - bir-iki həftəlik “ciddi yataq rejimi” cəmi 200 dollara başa gələcək. Ekzotik məhəbbətin Bakı pərəstişkarları Tayland gözəllərinin dadını artıq dadıblar. Turistik şirkətlərin agentləri bildirirlər ki, tay massajının vətəninə əsasən 25-45–yaşlarında kişilər yola düşürlər. “Tulaya necə deyirlər, şəxsi samovarınızla getməyin mənası yoxdur, odur ki, Taylanda - Türkiyədən, Misirdən fərqli olaraq - ailəvi səyahət edənlər yoxdur. Lakin seks-turistlər arasında Türkiyə ilə Misir – çox populyardır. İlk növbədə məsələ qiymətlərin daha ucuz olmasındadır. Burada bir məsələ də var –Misir və Türk gözəlləri Tay gözəlləri tək seks-canlı deyillər, bu ilk növbədə müsəlman ölkəsinin ənənələri ilə bağlıdır. Bu qüsur Almaniya, Ukrayna, Rusiya qadın-turistlərinin hesabına tam örtülür. Avropa gözəlçələrinin seks-xidmətləri həm də tamamilə pulsuz və təmənnasızdır!
Tanınmış kəlamı bir balaca dəyişsəm, deyə bilərəm ki, təkcə dil adanı Kiyevə aparıb çıxarmır...Bakı gəncləri arasında Ukrayna - seks-turizm mənasında çox populyardır. Demək lazımdır ki, bizim kişilər narıncı inqilab ölkəsinə səfərlərinin həqiqi məqsədlərini heç vaxt açıqlamırlar. Onlar deməsələr də - səfərin əls mahiyyətini duymaq çətin deyil. Taylanddan fərqli olaraq, Ukraynada fahişələrin xidmətlərindən istifadə etmirlər, seks-münasibətlər yalnız şəxsi istəklə və simpatiya ilə qurulur.
Moldova da yavaş-yavaş seks-turizm biznesinə qoşulmaqdadır. Kişinyovda artıq tez-tez türkləri görmək mümkündür. Varlı seks-turistləri isə Çexiyanın, pornoindustriyanın paytaxtı –Budapeştin fahişələri gözləyirlər. Bildiyimiz kimi, Budapeşt - pornofilmlərin vətənidir və bu sahənin pərəstişkarlarına təqdim ediləsi həm gözəl qızları, həm də maraqlı məkanları var.Gəlib çatdıq Amsterdama. Bax burada - əsl seks inqilabdır. Müxtəlif seks-xidmətlər, fahişələrin rəsmi həmkarlar ittifaqı, leqallaşmış fahişəlik, Holland fahişələrini hüquqlarını müdafiə edən qayda-qanun...Qayda-qanun bir qırağa qalsın – Amsterdamın ən populyar küçəsi olan – Qırmızı fonarlar küçəsi turistlərin marşrut kitablarına çoxdan daxil edilib. Kitabın müəllifi – polis əməkdaşı, azmış turistlərə kimi, hayara və hansı qiymətə ....haqqında faydalı məsləhətlər verir.
Hər ölkədə vətəndaşları xaricdə seksual partnyor axtarmağa vadar edən səbəblər var. Belə ki, feministlərdən cana gəlmiş avropa kişiləri özlərini verirlər yad diyarlara ki, bir neçə günlük əsl kişiliyin ləzzətini dadsınlar. Bu məqsədə çatmaq üçün seks axtarışında olanlar müəyyən məbləği ödəyərək, hara lazımdırsa, oraya özlərini çatdırmağa hazırdırlar.
Azərbaycan seks-turizminin xüsusiyyətlərinə gəlincə isə - burada vəziyyət bir qədər fərqli və spesifikdir. İlk növbədə Azərbaycanda kişilər və qadınlar arasında seksual münasibətlərdə yaranmış tələbatla təklif arasında böyük bir fərq var. Bir tərəfdən təbii hisslərin diktə etdiyi seksual cazibə qüvvəsi – digər tərəfdən isə hələ ki, bir çox azərbaycanlı qızların toydan əvvəl seksual münasibətlərdən çəkinmək ənənəsinə sadiq qalmaqları.
Vagif Ismayılov

0 Comments