“Heç özüm də bilmirəm necə oldu, evləndik...”Pişik Günelin boşanmağa hazırlaşdığı həyat yoldaşı Fərrux Faziloğlu Günelin açıqlamasından sonra danışmaq qərarına gəlib. Fərrux Lent.az-la telefon əlaqəsi saxlayıb, Günelin bəzi açıqlamalarına etiraz edib: “Şikayət ərizəsinin geri götürülməsini mən istəmişəm. Dostum Cavanşirə zəng vurub, məsləhət bilmişəm. Qalmaqalların uzanmasını istəmirəm. Günelin açıqlamasına gəlincə, Cavanşir mənim prodüserim olmayıb, biz, sadəcə, dostluq etmişik, heç vaxt da münasibətimiz pis olmayıb. Bizim dalaşmağımız və mənim Cavanşirlə düşmən olmağım barədə deyilənlər doğru deyil”.
Fərrux vaxtilə Günellə məclislərdə tez-tez qarşılaşdıqlarını və bundan sonra tanış olduqlarını deyib: “Bir-birimizi üç-dörd ay içində tanımışıq. Heç özüm də başa düşə bilmədim ki, necə oldu, necə evləndik, münasibətimiz necə rəsmiyyətə çıxdı... ”
Fərrux tanışlıq tarixçəsi barədə Lent.az-ın yaydığı məlumata münasibət bildirmək istəmədiyini deyib: “Xahiş edirəm, gəlin bu barədə danışmayaq, artıq hər şeyi unutmaq istəyirəm. Bircə onu deyə bilərəm ki, ailəmin xeyir-duası olmadan bundan sonra heç bir iş görmək istəmirəm”.
Fərrux “Günel həqiqətən ana olmağa hazırlaşırdımı” sualına cavab verməzdən əvvəl bir qədər düşünüb, sonra “yox, doğru deyil”, - cavabını verib.
Leyla

4 Comments
SALAM GUNEL XANIM XAIS EDIREM KI MENIM YAZDIGIMI SMS-I OXUYASIZ SIZ CHOX GOZEL & CAZIBEDARSIZ MENIM 15YASIM VAR EGER YASINIZ DUSSEYDI SIZLE EVLENERDIM SIZ CHOX GOZELSIZ SIZI DUNYALAR QEDER SEVIREM MENE HE DESEZ NECE OLAR CAVABINIZI GOZLEYIREM
ReplyDeletemen bir kisi kimi Gunel xaanima boyuk bir ehtirasim var. onu cox xoslayiram. onu elde etmek ucun ne lazimdi mailime yazsin ona onu alim.
ReplyDeletemenim fikrimce gwnel xanim hem gozel senetci hem de ehtirasli
ReplyDeletebir xanimdir.
Gunel xanimin fanatiyam gunel xanimi destekleyirem gunel bizim fexrimizdi onun sevmeyen olmamalidi gunel xanima heyatda ugurlar herzaman ona yawil iwiq olsun allah guneli merdimezarlardan qorusun amin. gunel xanim her zaman irelide gorunecek men buna inaniram. (Pishik Gunel Yeeeeeeeek)
ReplyDelete