Subscribe Us

Kişi cinsiyyət sistemi və problemləri

afrodizyakMəsələ onda deyil ki, sizin cinsi alətiniz hansı Ölçüdədi, əsas məsələ budur ki, o, uşaqlıq yolunda öz vəzifəsinin öhdəsindən necə gəlir ".
Lao Tszı

Kişinin cinsiyyət orqanları-tənasül aləti (penis) və xaya kisəsindən ibarətdir. Xaya kisəsində bir cüt yumurta özünə yer tapıb. Bundan əlavə, prostat vəzisi. toxumun (spermanın) yığılıb saxlanıldığı müxtəlif orqanlar - toxum borusu, toxum qovcuğu və si. mövcuddur.

Kişinin cinsiyyət orqanları, xüsusən tənasül aləti müxtəlif ölçüdə ola bilər. Kişilərin əksəriyyətini bu amil çox narahat edir və onlar "normal" ölçünün həddi haqda məlumat almağa çalışırlar.

Orta göstəricilərə gəlincə, deyək ki, cinsi üzvün uzunluğu sakit vəziyyətdə 8-10 santimetr, dikəlmiş vəziyyətdə 12-18 santimetr olmalıdır.

Lakin tibb tarixində, sakit vəziyyətdə uzunluğu 30-32 sm. çatan tənasül alətlərinin təsvir edildiyi kifayət qədər nümunələr mövcuddur. Bunlardan bəzilərinin uzunluğu di-kəlmiş vəziyyətdə 50 sm. çatır.

Bu cür "nəhənglik" əsasən Afrika sakinlərində, zəncilərdən daha çox ərəb kişilərində müşahidə edilir. Uzaq Şərqdə (Çin, Yaponiya) isə əksinə, kiçilmə tendensiyasına
rast gəlinir.

Konkret şəxsiyyətlərə gəldikdə isə, pornofilm "ulduzları" - Mobi Dik və Don Silverin cinsi üzvlərinin ölçüsü 44 santimetrə bərabərdir. Pornoreklamda çıxış edərkən onlar öz tənasül alətlərini sözün əsl mənasında müxtəlif şəkillərdə düyünləməklə əylənirlər.

Kişi cinsiyyət orqanı barəsində bunu bilmək vacibdir ki, ejeksiya (dikəlmə) zamanı orqanizmdə qanın yenidən paylanması prosesi gedir. Məlum faktdır ki. kişinin cinsi üzvü nə qədər böyük olsa, ejeksiya bir o qədər gec baş verir və normal, yaxud kiçik ölçülü cinsi üzvlərə malik kişilərin ejeksiyası ilə müqayisədə keyfiyyətsiz olur.

Bir məsələni də yadda saxlamaq lazımdır: bu cür nəhəng cinsi üzvlərə Özünə uyğun uşaqlıq yolu tapmaq olduqca çətindir. Məsələn, 23 yaşlı .qadın Öz ərindən ayrılmaq istəyir: "məsələ burasındadır ki, onun həddindən böyük cin-si üzvü var və mən onunla sevgiylə məşğul ola bilmirəm.

Kişinin cinsiyyət üzvünün başlıca xassəsi həcmcə böyümək, bərkimək və elastikləşmək qabiliyyətindən ibarətdir.Cinsi oyanma zamanı cinsi üzvün ejeksiyası (latın dilindən tərcümədə "ejeksio"- dikəlmək, qalxmaq deməkdir), yəni onun uzanması, şişib dolması, bərkiməsi prosesi baş verir. Bunun nəticəsində o, tamam başqa görkəm alır.

Cinsi üzvün kəskin sürətdə böyüməsi və plastikləşməsi qanaxını tezliyinin an dəfələrlə artması hesabına əl-də edilir. Sakit vəziyyətdə qan bir məcra ilə axır, lakin oyanma zamanı bu yol qapanır. Belə olduqda, qan məsaməli cisimlərin divarları ilə axmağa başlayır, nəticədə bu cisimlər qanla dolub bərkiyir, qanı isə cinsiyyət üzvünə tərəf həyat enerjisi sahəsi qovur. Hər şey qədim Şərq sxeminə əsasən baş verir:
ağıl Özündə enerjini daşıyır, enerji qanı damarlarla qovur, qan isə ereksiyanı yaradır.

Ejeksiya zamanı cinsiyyət üzvünün qalınlaşması əlavə Olaraq ona gətirib çıxarır ki, qadın cinsiyyət orqanlarının xarici hissəsi (vulfa) fallosun, yəni artıq böyüyüb bərkimiş tənasül alətinin uşaqlıq yoluna yeridilməsi zamanı daha güclü təzyiq və təsirlərə məruz qalır. Əgər biz buna, fallosun özülünün cinsi əlaqə zamanı klitor (pipik) nahiyəsinə ritmik təzyiqini də əlavə etsək, belə bir qeyri-adi qənaətə gəlmək olar ki, bu, klitorun masajından başqa şey deyildir.Ejeksiyanın iki növü var: qeyri-iradi (spontan)şüurlu (öz istəyilə əmələ gələn).

Spontan ereksiyalar adətən səhərlər və gecələr yaranır və öz gücünü saxlamış bütün kişilər üçün xarakterik bir haldır. Gecə ərzində və xüsusilə səhərə yaxın orqanizmdə bol enerji toplanır ki, bu da tənasül alətinin ejeksiyasına (dikəlməsinə) səbəb olur. Yaşlı kişilər bu cəhəti nəzərə almaqla, məhz səhərlər cinsi əlaqəyə girməyə çalışmalıdırlar.

Gecələr bunu həyata keçirmək ona görə çətindir ki, gün ərzində siz bu həyat enerjisini xərcləmiş olursunuz və ereksiya üçün daha güc qalmır. Ümumiyyətlə, normal cinsi həyat üçün kişinin hələ öz gücünü itirmədiyi saatlarda – səhər və gündüz vaxtı cinsi əlaqədə olması məsləhətdir. Qadınlar bunu bilir və hiss edirlər.

Əgər kişi uzun müddət cinsi əlaqəyə ciddi meyl göstərmirsə, qadın onu buna səhər tezdən daha asan təhrik edə bilər, çünki həmin vaxt kişi hələ yorğun deyildir və ən başlıcası beyni daimi qayğılardan azaddır.

Şüurlu ereksiyanı müxtəlif seksual arzu və fantaziyalar doğurur, Kişi irəlicədən həzz hissinin intizarı ilə xəyalən qadını soyundurur və bundan sonra qadından cavab hərəkətləri gözləyir. Lakin kişi xəyalən qadını soyundurar-kən təkcə həzz hissi deyil, uğursuzluğa düçar olacağından, yəni öz kişilik vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyəcəyindən xoflanaraq təlaş hissi də keçirə bilər. Kişi üçün bu çox təhlükəli haldır, belə ki, beyində hərlənən uğursuzluq fikri nəticəsində, ereksiya baş verməyə də bilər. Bu hadisə elə belə də adlanır: uğursuzluğun gözlənişi sindromu.

Həyat enerjisinin bu cür səksəkəli hisslər və xəyallara sərf edilməsi nəticəsində ereksiya üçün enerji qalmır. Bu, xüsusilə yaşlı kişilərə aiddir, belə ki, hər hansı əlavə hərəkət, məsələn, bol yemək onsuz da "qurtara-qutarda" olan cinsi enerjisinin gündəlik normasının həzm prosesinə xərclənməsinə səbəb olur. Konkret halda qan həzm orqan-larına çəkildiyinə görə, tənasül alətini doldurub, qaldırmaq üçün azlıq edir.

40 yaşlı kişinin etirafı:
"Mənim bu vaxta qədər öz uapparat" ımdan heç vaxt gileyim olmamışdı. Lakin indi bir az narahatlıq keçirirəm. Bu yaxınlarda mən gənc bir qadın restorana dəvət etdim* Orada doyunca yeyib içdik. Sonra bİzə getdik və ... heç nə alınmadı. Ən məsul məqamda "balaca dostum" məni xəcalətli elədi, "işləməkdən boyun qaçırdı" baxmayaraq ki qız qəşəng, şərait əlaydı. Əvvəl təşviş keçirirdim, sonra yadıma düşdü ki, qədim Şərqdə "tıxa-təpə" yedikdən sonra sevgiylə məşğul olmaq məsləhət görülmürdü. Mənsə həddindən çox yemişdim .."


Lakin kəskin fizioloji aclıq da ejeksiyaya "tormozlaşdırıcı" təsir gÖstərir. Buna görə aclığı yüngülcə dəf etdik-dən, yaxud yeməkdən 2-4 saat sonra cinsi əlaqəyə girmək məsləhətdir.

Ereksiyanı "boğan" faktorlar sırasına kişinin hər hansı bir işə hədsiz aludə olması da aid edilə bilər. Bu onunla izah edilir ki, beynin gərgin surətdə hansısa problemin həlli ilə məşğul olması nəticəsində seksual fantaziyalar mexanizmi "bağlanır. Buna belə bir nümunə:

"Mənim ərim – kompüter proqramlarının tərtibi ilə məşğul olan, yüksək savadlı ziyalıdır. İşdə onun qarşısına hansısa çətin vəzifə qoyulduqda, o daim bunun həlli ilə məşğul olur. Belə vaxtlarda bizim intim həyatımızda "durğunluq dövrü" başlayır. O heç cür ehtirasa gələ bilmir. Mən buna artıq alışmışam.
Hamı bilməlidir ki, yüksək intellektual fəaliyyət böyük enerji məsrəfi tələb edir və bunun nəticəsində ereksiya üçün enerji qalmır. Buna görə hansısa birini seçmək lazımdır: ya intellektual işi, ya da seksi. Bunların ikisinin də uzlaşdırılması isə daha düzgün olardı.


Normal kişidə ereksiyanı pozan digər səbəblər sırf fizioloji nasazlıqlardır ki, bunları asanlıqla aradan qaldırmaq olar.
Birincisi, tənasül alətinin ciddi fiziki qüsurları olma-malıdır: müxtəlif yara, zədə və travmalar ejeksiyaya əngəl
törədir.

İkincisi, baş beyindən impulsları cinsiyyət orqanlarına çatdıran sinir yollarının saz saxlanılmasının da böyük əhəmiyyəti var. Belə ki, zaman ötdükcə, orqanizmin pas
atması, onurğa sütunu diskinin dəyişməsi, sinir həssaslığının itirilməsi nəticəsində bu yollar pozulur.

Üçüncü faktor orqanizmdə qan dövranının pozulması ilə bağlıdır. Əsasən portal hipertoniya (qaraciyərin çirklən-məsi) və damarların tıxanmasını doğuran sklerotik dəyişikliklər səbəbindən cins üzvünün qanla təchizatı çətinləşir.

Dördüncüsü, dolayı yolla energetik çatışmazlığı göstərən hormonal çatışmazlıqdır. Energetikanı stimullaşdırmaqla, biz hormonların "hasilatını" stimullaşdırırıq ki, bu da ereksiyanı yaxşılaşdırır.

Ejeksiyanın yaranması üçün kişi daxilən özünü cavan, , sağlam və yaraşıqlı hiss etməlidir. Bu məqamlarda heç bir özünütənqidə yer olmamalıdır.
Ejeksiyanın dərəcəsi müxtəlif ola bilər: dəyənək ki-mi dikəlmiş bərk tənasül alətindən tutmuş, azca şişib cana gəlmiş tənasül alətinə qədər. Sual doğur: bəs hansı ereksiya normal sayılır, bu barədə hansısa universal göstəricilər varmı?

Ereksiya o zaman normal sayılır ki, kişi öz tənasül alətini çətinlik çəkmədən uşaqlıq yoluna daxil etmiş olsun; bu zaman o, əli ilə də özünə kömək edə bilər və bu, normal hal sayılır. Onu da yadda saxlamaq lazımdır ki, təsadüfü əlaqələr zamanı uğursuzluq ehtimalı kəskin artmış olur.

Cinsi həyatın intensivliyinin də ejeksiyaya ciddi təsiri var. Əgər o, müntəzəm və sağlam düşüncəyə uyğundursa, bu cür cinsi əlaqələr cinsi üzvün damar aparatım məşq etdirib, möhkəmləndirir. Cinsi əlaqə həddindən artıq tez-tez baş verəndə, yaxud qeyri-müntəzəm əlaqələr halında ereksiya pisləşir. Hər bir ayrıca halda? siz gərək öz yaşınızı, fərdi konstitusiyanızı, şəraiti və digər faktorları nəzərə alasınız. Belə hesab olunur ki, cavan vaxtı kişilər cinsi əlaqə hər gün və ya bir gündən bir, 30-40 yaşlarında həftədə 2-3 dəfə, 40-50 yaşlarında həftədə 1-2 dəfə, 50-60 yaşlarında 10 gündə 1-2 dəfə ola bilər.

Şərq müdrikləri doğru buyurublar ki, yüz dərdin yüz bir dərmanı var, yalnız ölümün çarəsi yoxdur.Əgər sizin cinsi üzvünüzün hansısa fiziki defektləri varsa, məyus olmağa dəyməz, hazırda bu problemi uğurla həll edə bilən çoxsaylı klinikalar və mütəxəssislər mövcuddur.

Cinsi potensiyanın və xüsusilə sinir həssaslığının bərpasına gəldikdə isə çox şey sizin özünüzdən asılıdır. Bunun ən səmərəli yolu ac qalma ilə müalicədir. Ac qalma sayə-sində orqanizm paslardan (şlaklardan) təmizlənir, hüceyrələrin membranları bərpa olunur və nəticədə insan sinir həssaslığını özünə qaytarır. Bundan əlavə, kişilərin oyanma və ereksiya qabiliyyəti güclənir.Ac qalma ilə müalicəyə tədricən başlamaq lazımdır.İldə 3-4 dəfə 7-10 gün fasiləsiz ac qalma ilə müalicədən sonra onun sağlamlaşdırıcı təsirini aydın hiss edəcəksiz.Aclıqla müalicəyə iki həftədə bir sutka ac qalmaqla başlamaq məsləhətdir. Sonra ac qalma müddətlərini uzatmaq
olar.

Məlum olduğuna görə bir çox tənasül pozuntu və xəstəlikləri bədənin aşağı hissəsində qanın durğunluğuna səbəb olan portal hipertoniya ilə bağlıdır. Deməli ilk növbə-də bu xəstəliyin özü müalicə olunmalıdır. Bunu da bilmək lazımdır ki, əsas "tıxac" qaraciyərdə yaranır. Venalarla axan qan bu "tıxac" nəticəsində qaraciyərdən tam şəkildə keçə bilmir, buna görə təzyiq yaranır ki, bu da dolama yol-ların açılmasına səbəb olur. Prostat vəzisində. yumurtalar-da, kiçik çanaq nahiyəsində yığılıb qalan qan hüceyrələrin tam halda oksigen və qida maddələri almasına imkan vermir, əksinə, bunlarda maddələr mübadiləsinin töküntüləri, pasalar yığılıb qalır, bu da onların funksiyasının zəifləmə-sinə və tənasül problemlərinin yaranmasına səbəb olur.

Qaraciyəri bitki yağının. xüsusilə zeytun yağının və turş meyvə şirəsinin (xüsusilə limon şirəsinin), yaxud tərə-vəzin köməyinlə təmizləmək mümkündür. Bu prosedura menim əvvəlki yazlarımda ətraflı təsvir edilib. Digər variant - qaraciyərin təzə bitki şirələri və salatının köməyinlə təmizlənməsidir. Məsələn, dərman acıqovuğu ilə qarayonca-dan (lütsern) hazırlanan salat və şirələr qaraciyərin fəaliyyətini yaxşılaşdır.


Bunlardan hepatitin, habelə öd yolları xəstəliklərinin müalicəsində də istifadə etmək olar. Bu baxımdan moruq yarpağı, nanə, çiyələk yarpağı, əvəlik, adaçayı, rozmarin, cədükotu, göy süsən, qırmızı çəməni yonca, çəmən qay-maqçiçəyi, mərzə və boymadərən otu da çox faydalıdır. Bostan cəfərisi qaraciyərdəki tıxanmaları, moruq, yaxud Çiyələk yarpağının dəmləməsi isə durğunluq hallarım aradan qaldırır.

Qaraciyərin yay təmizlənməsi müəyyən müddət ərzində şirə ilə müalicədən ibarətdir. Müalicəyə turşa-şirin alma növləri ilə pəhrizdən başlamaq (üç gün ərzində) və sonra çiy məhsullara keçmək lazımdır. Bunlara əlavə olaraq bişirilmiş paxla və yaşıl lobya yemək olar. Tərkibində ziyanlı maddələr olan qida qəbul etməyin. siqaret çəkməyin. Alkoqollu içkilərdən də qəti imtina etmək lazımdır, əks halda müalicənin heç bır xeyri olmayacaq. İstədiyiniz miqdarda təzə alma və kök şirəsi için. 3-4 gündən bir səhərlər bir stəkan çuğundur şirəsini kiçik qurtumlarla tələs-mədən içmək lazımdır. Əgər bədəninizdə qaşınma hiss etsəniz, səhərlər limon şirəsi qatılmış qaynar su için.

Qaraciyərin meyvə-tərəvəz şirəsi ilə müalicəsinin
sxemi:


  • 1 - ci gün. 300 qram yerkökü şirəsi, hərəsindən 100 qram çuğundur və xiyar şirəsi.

  • 2 - ci gün. Hərəsindən 300 qram yerkökü şirəsi və ispanaq suyu. 

  • 3- cü gün. 500 qram yerkökü şirəsi.

  • 4- cü gün. 100 qram çuğundur şirəsi və 300 qram yerkökü şirəsi. 

  • 5- ci gün. Hərəsindən 60 qram cəfəri və kərəviz şirəsi

  • 6- və 300 qram yerkökü şirəsi.


Bu göstərilənlərdən və təmiz sudan savayı heç nə yemək və içmək olmaz.Təmizləmə prosesini sürətləndirmək üçün adi su ilə imalə etmək lazımdır.

Bu beş günlük təmizləmə kursu zamanı hər gün və ya bir gündən bir təmizləyici-yumşaldıcı vanna qəbul edilməlidir. İlıq suya 0,5-1 litr qaynadılmış urina (Öz sidiyinizi vam odda, onun 2/3 hissəsi qalana qədər qaynadın və vanna üçün istifadə edin) qatmaq lazımdır ki, bütün bədəniniz suyun altında olsun. Vannanın müddəti 25-30 dəqiqədir. Bu müddətin yasında ürəkbulanması hiss edə bilərsiniz, bu halda vannadan çıxmayın, tezliklə ürəkbulanması keçib gedəcək. Vanna qəbul etdikdən sonra qurulanın və yorğanın altına girin ki, yaxşıca tərləyəsiniz. Bir müddət Özünüzü zəif hiss edəcəksiniz, lakin bu, keçici haldır. Gecə qarın və qaraciyər nahiyəsinə gənəgərçək yağı, yaxud urina kompresi qoya bilərsiniz.

Bir çox cinsi problemlər qəbiz  səbəbindən yaranır. Təsəvvür edin ki, 2-5 gün tualetə getmir və gündə üç dəfə qida qəbul edirsiniz. Bu halda həzm qalıqları hara gedə bilər? Həzm töküntüləri yoğun bağırsağa çatır və bayıra çıxa bilmədiyindən bir yerə yığılır, kipləşir, çürüməyə başlayır, zəhərli, qazaoxşar və duru maddələrə çevrilir, Bu maddələr qana sorulur və ağciyər (ağızdan pis iy gəlmə), dəri (səpgi, çivzə, üfunətli tər) və böyrəklər (qatı və üfunətli sidik) vasitəsilə ifraz edilir. Bədəndən keçərkən, orqanizmin energetik və biokimyəvi əsasına, o cümlədən ejeksiyaya mənfi təsir göstərir.

Yoğun bağırsağı təmizləmək üçün təzə, yaxud qaynadılmış urina (sidik) imaləsindən istifadə etmək olar. Siz qəbizdən xilas olmaqla kişi potensiyanızı xeyli artırarsız.

Bəzi kişiləri onların tənasül alətinin kiçik Ölçüdə olması məyus edir, onlarda yarımçıqlıq kompleksi doğurur. lakin hər bir dərdin dərmanı olduğu kimi bunun da əlacı var Burada bir neçə istiqamətdə hərəkət etmək olar. Məsələn, piyin bədənin bir hissəsindən-digərinə "sorulması" və köçürülməsi metodikası bu qüsuru aradan qaldırmağa imkan verir.

Ştutqartlı uroloq-həkim Mixael May bu cür 22 cərrahiyyə əməliyyatını uğurla həyata keçirmişdir. "Əgər müştəri istəsə, mən onun cinsiyyət üzvünü tutaq ki, yoğun xiyar, yaxud banan formasında düzəldə bilərəm. Bu operasiyanın qüsuru bircə ondan ibarətdir ki, piyin qeyri-bərabər paylanması səbəbindən pensdə bərk düyünlər əmələ gələ bilər. Lakin qadınların dediyinə görə bu "qüsur" onların ürəyincədi

Post a Comment

3 Comments

  1. Çox beyendim təşəkkürlər

    ReplyDelete
  2. dusunurem ki cinsi elaqe sadece eylencedir bir anliq

    ReplyDelete
  3. super ela hazirlamisiniz genc nesili hazirlamaq lazimdi.

    ReplyDelete