Bu tərifi həqiqət kimi qəbul edib tarixi keçmişə, eləcə də müasir xalqların gündəlik həyat və məişətinə nəzər salsaq, görərik ki, intim,
yəni cinsi normalar xeyli sərbəst şərh ve təfsir edilən anlayışdır. Məsələn xristian dininə tapan Avropa ölkələrində rəsmi surətdə yalnız bir qadınla, yəni nİkaha girdiyin şəxslə, qeyri rəsmi surətdə isə istənilən qadınla cinsi münasibətdə olmaq olar; bu ölkələrdə qanuniləşdirilmiş mülki izdivacla yanaşı qanuniləşdirilmiş fahişəlik də mövcuddur. Müsəlman Ölkələrində bir kişinin bir neçə qanuni arvadı (siyğələri nəzərə almasaq, dörd arvadı) ola bilər və şəriətə görə kişi hər bir arvadına eyni dərəcədə qayğı və diqqət göstərməyə borcludur.Qadınların "kişilərdən xeyli az olduğu bəzi Afrika tayfalarında isə bir qadın bir neçə əri olur. Qədim Misirdə firon ailəsində qardaşla bacının nikahını sülalə maraqlan tələb edirdi, halbuki bütün dövrlərdə və xalqlarda bu cür izdivac ən dəhşətli zina və cinayət sayılıb. Vaxtı ilə bır sıra xalqlarda (məsələn, çinlilərdə) ev sahibi qonaqpərvərlik və hörmətin ən yüksək təzahürü kimi gecə öz arvadını qonağın tam sərən-camına verirdi. Halbuki heç bir avropalının (biz hələ islam xalqlarını demirik) ağlına da gəlməz ki, bu cür "hörmət və nəciblik" nümayiş etdirsin, belə bir hadisə baş versə də dərhal cəmiyyət tərəfindən lənətlənib damğalanar.
Bir çox xalqlarda hər bir qızın öz bəkarətini qoruyub gələcək əri üçün saxlaması müqəddəs qanundur və bu qanunu pozan qızı böyük rüsvayçılıq və hətta ölüm gözləyir. Halbuki bəzi hallarda qız ər evi üçün cehizi Öz bədənini satmaq sayə-sində əldə edir və belə “bacarıq" və "zirəklik" hamı, o cümlədən gələcək ər tərəfindən təqdir olunur; bəzi tayfalarda isə ərə gedən qız zifaf gecəsini bu "iş" üçün nəzərdə tutulmuş şəxslə tayfa başçısı, yaxud kahinlə keçirir və yalnız Öz bəkarətini itirdikdən sonra ər evinə köçmək hüququnu qazanırdı. Ana qohumluğu xəttinə əsaslanan (madərşahlıq) ibtidai-icma quruluşu dövründə uşağın hansı kişidən olunası heç kəsi maraqlandırmırdı; şəxsi mülkiyyətin meydana gölməsi ilə hər şey kökündən dəyişdi nəsil şəcərəsi daha ata qohumluğu xətti üzərində qurulurdu və hamını məhz atanın kim olması məsələsi narahat etməyə başladı.
Müasir dövrdə de yer kürəsində çoxsaylı nikah formaları mövcuddur. Bir sıra xalqlarda monoqam, fərdi nikah deyil, poliqam nigahın müxtəlif formaları yayılmışdır: polinigiya bir kişinin iki və daha çox qadınla izdivacı, poliandriya bir qadının iki və daha çox kişi ilə izdivacı və nəhayət qrup halıda nikah m-elan bir neçə adamın izdivacı.
Məsəlen, murngin adh Avstraliya tayfasında hər bir kişinin istənilən sayda arvadı ola bilər. Hətta murngin qoca yaşında, kişilik gücünü itirdikdən sonra da Özü üçün yeni ve gənc arvadlar "elde etməyə" çalışır, belə ki, bu onun ictimai statusunu qaldırır.
Polinigiya (çoxarvadlılıq) bütün dünyada yayıldığı halda, poliandriyaya (çoxərlilik) əsasən Tibetdə, Hindisanda yaşayan bəzi tayfalarda, Sakit Okean xalqlarında rast gəlmir. Məsələn, iepça xalqında belə bir adət var: təsərüfat işlərinİn öhdəsindən gələ bilməyən kişi öz ailəsinə kiçik qardaşını dəvət edir ki, o, iş və arvad barəsində ona "ortaqlıq" eləsin. Özü də bu cür nikahdan doğulan uşaqlar böyük qardaşın övladları sayılır.
Qrup halında nikahlara isə nadir hallarda təsadüf çdi-lir. Bunun klassik nümunəsinə yalnız Markiz adalarında rast gəlmək olar. Orada ailə əsas ərdən yəni ailə başçısından, onun arvadlarından və bir, yaxud, bir neçə əlavə ərdən ibarətdir. İkinci ər əsas ərin bir növ köməkçisi sayılır və əsas ər bir yerə getdikdə ailəni idarə edir, "baş ərin" icazə-si ilə, o başqa yerə getdikdə isə onun icazəsi olmadan da onun arvadlan ilə yatıb-durur. Digər nisbətən aşağı "rütbəli" ərlər yaxınlıqda yaşayır və təsərrüfat işlərində köməklik göstərirlər. Onlar da təsadüfən-təsadüfə arvadlardan istifadə edirlər və əsas ər buna müsbət hal kimi baxır, belə ki, onun fikrincə, seksual cəhətdən təmin olunmuş kişi təsərrüfat işlərində daha yaxşı və səmərəli işləyə bilər.
Həyatda eyni cinsdən olan şəxslərin də birgə nikahı mövcuddur.
Hazırda dünyada eyni cinsdən olanların məkanı birinci olaraq Danimarkada qanuniləşdirilmişdir. Onun ardınca Norveçdə və İsveçdə də bu cür nikaha icazəverilmişdir. Nə qədər acınacaqlı olsa da, normal insanlarda yalnız ikrah doğuran bu məsələ bir sıra ölkələrdə ciddi müzakirə obyektinə çevrilmişdir.
Lakin biz istəsək, istəməsək də, bütün bəşəriyyət seks barəsində öz sağlam düşüncəsini itirmək həddindədir. Bunu, yer kürəsində seksin "təntənəli və qarşısı alınmaz yürüşü" adlandıranlar da var. Başqa bir misal. Dilçilər hesablamışlar ki, ingilis dilində kişinin tənasül alətinin təxminən 1.000, qadının uşaqlıq yolunun 1.200, cinsi aktın 800 adı və sinonimi var! Fransız dilində bu göstəricilər müvafiq olaraq 600 və 1. 500-dür. "
Elə təkcə bu fakt müasir dünyada intim münasibətlərin nə qədər böyük rol oynadığını, həyatın ən müxtəlif və dərin qatlarına nüfuz etdiyini göstərir.
Beləliklə hər bir dövr, hər bir cəmiyyət öz intim norma və qanunlarım təyin və təsdiq edir. Əgər bu qayda və qanunlar fitri təəbilikdən, sağlam düşüncədən məhrumdursa və insanın intim ehtiyaclarının ödənməsinə imkan vermirsə, o zaman şüurda çoxsaylı qadağalar qoymaqla, enerjinin təbii cərəyanının qarşısına sədlər çəkmiş olur, bu da Öz növbəsində ruhi təbəddülatları özünəməxsus günah hissini, narahatlıq, narazılıq məyusluq, həyatdan küskünlük və sair hissləri doğurur və son nəticədə hansısa xəstəliyin yaranmasına səbəb olur.
Qədim və müdrik Şərqdə cinsi münasibətlərin insan həyatında nə qədər mühüm rol oynadığını bütün incəliyi ilə başa düşürdürlər. Onların bu sahədə yaratdıqları çoxsaylı təlim və təlimatlar bu gün də öz aktuallığnı saxlayır. Bu təlimlərin əsasında hansısa sosial qadağa və "sifarişlər" deyil insanın özü dururdu. Buna görə biz kitabda yeri gəldikdə qədim Şərqin təlimat və tövsiyyələrindən də bəhrələnməyə çalışmışıq.

0 Comments