Subscribe Us

Dünyanin ən seksual qadinları

Sheril KoulBöyük Britaniyanın “FHM” jurnalı dünyanın ən seksual 100 qadınının reytinqini tərtib edib.

Bu il siyahıya “Girls Aloud” qrupunun üzvü Şeril Koul başçılıq edir. Londonun “Çelsi” futbol klubunun oyunçusu Eşli Koulun həyat yoldaşı olan Şerli Koul 2008-ci il reytinqinin qalibi – aktrisa Meqan Foksu qabaqlayıb.

Meqan Foks bu il ikinci yeri tutub.

Üçüncü yerdə 2007-ci ilin ən seksual qadını olan Cessika Alba gəlir.

Müğənni Britni Spirs dördüncü yer və britaniyalı model Kili Heyzel beşinci yerdə ozləyiblər. Reytinq jurnalın saytında keçirilən səsvermə nəticəsində müəyyən edilib. Səsvermədə 10 milyon adam iştirak edib. Sorğunun tam nəticəsi “FHM”in iyun nömrəsində dərc ediləcək.

Bu ilki siyahıda Britni Spirsin dördüncü yeri tutması ən böyük sensasiya sayılır. Çünki bir çox ekspertlər Spirsin şəxsi həyatındakı problemlər və bir müddət bədən quruluşunun pisləşməsi səbəbindən ümumiyyətlə siyahıya düşə bilməyəcəyini güman edirmişlər.

Lakin Spirs yenidən əvvəlki formasına qayıtmaqla bütün iddiaları alt-üst edib. Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın “Vanity Fair” jurnalı ən qəşəng qadınların siyahısını dərc edib. Həmin siyahıya aktrisa Ancelina Coli başçılıq edir.

Post a Comment

0 Comments