Subscribe Us

Bütün dünyanın fetişistləri, birləşin!

Bir neçə il əvvəl soruşmağa belə utandığımız məsələlər indi qaynar disskussiyaların mövzusuna çevrilib. İndi heç kəs seksual istəklərini gizlətmir.

“Fetiş” sözünü ilk dəfə üç il əvvəl eşitmişəm. Məlum oldu ki, fetişistlərin seksual istəkləri əşyalara və ya bədənin müəyyən hissələrinə yönəlir. Lakin hər şey mən düşündüyüm kimi deyilmiş…

“Fetişizm” sözünün ilk mənası "talisman" ("fetiche") deməkdir, bu cansız əşyalara itayət kimi qəbul olunub.
Lakin fransızlar adi sözləri seksual terminə çevirməyə qadirdirlər. Sən demə “Minet” sözü sadəcə pişik deməkdir.
Fetişizmin variantları çox müxtəlifdir. Burunun, əllərin, döşlərin, ayaqların, yanın, arıq və ya kök fiquranın, eybəcər ayaqların və əllərin, çəpgözlüyün və uzun saçların və s. fetişizm növləri mövcuddur. Geyim fetişizmi qarderobun bütün elementlərini nəzərdə tutur.

Qadınlarda fetişizm tatulara, bığlara, saqqala, geyimdə mundirlərə və s. qarşı yarana bilər. Ən çox hallarda isə - kişinin səsi qadın üçün fetiş ola bilər.

Fetişizmin növləri:

Qeteroxromofiliya – digər irqin nümayəndəsi ilə seksual əlaqə. Dərilərdə rəng fərqi seksuallığı stimullaşdırır.

Retifizm – fetişizmin bir növüdür. Çox vaxt mazoxizmlə uyğunlaşdırılır. Fetiş rolunu ayaqqabı oynayır (hərdən dəri məhsulları).

Apotemnofeliya – sadomazaxizmlə uyğunlaşdırılmış fetişizm növüdür. Fetiş rolunu burada bədənin eybəcər elementləri oynayırlar.

Fetiş insanı müxtəlif istənilməz hərəkətlər etməyə vadar edirsə, normal seksual həyata mane olursa, bu artıq patologiyadır.

Mənimlə razılaşmayanlar da olacaq. Bu yaxınlarda çox mülayim, mehriban bir insanla, biznesmenlə tanış olmuşam. O, çox ciddi bir insan olmasına baxmayaraq – fetişistdir və bunu böyük bir qəbahət saymır.

O, uzun illərdir ki, fut-fetişizm həvəskarıdır (foot fetish – ayaq fetişi) – qadın ayaqlarına olan seksual maraqdır.

Fut-fetiş dedikdə yalnız ayağın pəncəsi və onun hissələri – barmaqlar, daban, pəncənin alt hissəsi nəzərdə tutulur. Fut-fetiş həvəskarları qadının pəncəsinin müxtəlif hissələrinə toxunanda həzz alırlar.

Fut-fetişin müxtəlif növləri olur. Barmaqları öpməkdən, yalamaqdan tutmuş kişinin ən həssas yerlərini təpikləməyə qədər.

“Biznesmen” gözəl ayaq pərəstişkarıdır, onları əldə etmək üçün hər şeyə hazırdır. O, deyir ki, seksual hisslər zamanı pəncələrin şəkillərini çəkməyə hazırdır.
Bundan başqa ayaqlar zaqarlı olsa, daha yaxşıdır. Onlar daha erotik və gözəl görünürlər.

Pəncələrin dərisi uşaq pəncəsi tək incə, yumşaq, ipək kimi olmalıdır. Fut-fetiş pəncə ilə ən yaxın əlaqə deməkdir. Buna görə fut-fetiş həvəskarı üçün ayaqların ideal vəziyyətdə olmağı vacibdir.

Odur ki, əziz qadınlarımız, gözəllik salonuna gedib ayaqlarınıza qulluq etmək vaxtıdır. Bilmək olmaz, bəlkə bəxtinizə həyatını sizin ayaqlarınıza qurban verməyə hazır olan fetişist-biznesmen çıxdı!

Milla

Post a Comment

0 Comments