Bu yaxınlarda bir qız məclisində olmuşam, oradakı qonaqlar kişi potensiyasını və cinsiyyət aktının uzunluğunu müzakirə edirdilər.
Yaşıl dırnaqlı və başına şinyon taxmış bir qız inadla sübut edirdi ki, cinsiyyət aktının müddətini uzadmaq və partnyorun da valehedici həzz hissini oyadmaq üçün kişi mütləq spirtli içki qəbul etməlidir.
Partnyorun orqanizminə alkoqol zərərini vurmadan valehedici hisslərin uzadılması üçün digər üsulların olmasını söyləmək istədiyimdə, mənim cəsarətsiz təşəbbüslərim dərhal digər qızlar tərəfindən dayandırıldı. Kişilər çox eqoistdirlər və onların sağlamlığını düşünməyə ehtiyac yoxdur.
Əlbəttə ki, bu fikir də kişilərə qarşı olan eqoist yanaşma kimi qiymətləndirilir, amma bütün şübhələrimə son qoymaq üçün bir-iki kişi tanışlarımla söhbət etmək qərarına gəldim.
Bir yaxın dostum öz əhvalatını danışdı. O, uzun davam edən sərxoşluqdan sonra qızı evinə dəvət etdi və bütün gecə o qadını hezz dünyasına qovuşdurdu, amma özü bir dəfə də olsun həmin gecə orqazm almadı.
Digər tanışımın sözlərinə görə böyük doza spirtli içki qəbul etdikdən sonra nə o, nə onun Alter Eqosu heç bir şey düşünə bilmir.
Amma başqa bir dostum sözlərdən əməllərə keçərək sərxoş halda kişinin yataqda neyə qadir olduğunu nümayiş etdirdi. Təyin etdiyimiz görüş yerinə məndən yarım saat tez gəldi. Olduqca səviyyəli bir restoranın VİP otağına keçdiyimdə masanın üzərində çox sevdiyim “Baileys” butulkasının və balaca bir gül dəstəsinin olması məni təəcübləndirdi. Mənim görüşə gələcəyimə inanmayan və bu səbəbdən çoxlu içki qəbul etməsi haqqında səmimi etirafı çox xoşuma gəldi. Biraz “Baileys” içdikdən sonra spirtli içki və seks movzusunda söhbət etdik. Lakin dəliqanlı harda olduğunu unudaraq və hərəkətləri ilə hara gəlib çıxa biləcəyini düşünməyərək Bakı zooparkına yeni gətirilmiş gepard kimi üstümə atıldı. Məni altına basıb əzərək (yırtıcı olduğu bəlli olur) əynimdəki bütün paltarları cəld hərəkətlə çıxartdı. Masanın üstündə duran içkinin nə vaxt üzərimə töküldüyü, çiçəklərin isə altımda olduğu yadımda deyil. Dəqiqələr, saniyələr bir-birinə qarışdı, inilti səsləri hətta restorandan kənarda eşidilirdi. Amma bunu çox gec anladım, otaqdan çıxdığımız zaman. Mənə yaman əziyyət verdi. 25-ci orqazmdan,
dağınıq saçlardan, üzümə yaxılan tuşdan və dişləm-dişləm edilmiş dodaqlardan sonra anladım ki, bu sonsuz şəkildə davam edə bilər və bu dünyada tək olmadığımızı ona nəzakətlə izah etdim. Gözəl, “Mənim üçün ən vacib olan parntyorumu razı salmaqdır” kəlməsini söylədikdən sonra yanımda uzanıb yuxuya getdi. Yuxulu-yuxulu vodka ilə pivəyə, ilk dəfə eşitdiyim kaxuya və “Vintaçan” (Otvertka) adlı içkiyə lənət oxuyurdu.Mənə tələb olan drayv dozasını aldıqdan sonra ona yazığım gəldi. İndiyə kimi əxlaqsız qəlbim ümüd edir ki, növbəti dəfə o, ayıq olacaq və hər şey ikimiz üçün də yaxşı bitəcək.
Eşitdiyimə, gördüyümə və hiss etdiyimə əsaslanaraq çəkinmədən deyə bilərəm ki, spirtli içkilərlə cinsiyyət həvəsinin oyadılması və potensiyanın gücləndirilməsi haqqında rəylər yanlışdır.
Dözülməz olan çinsiyyət istəyinin artaması beyin qabığında baş verən proseslərin ləngidilməsi, cinsiyyət aktının müddətinin uzadılması eyakulyasiya mərkəzinin spirtli içki təzyiqi və kiçik çanaq sümüyünün qan damarlarının alkoqolun təsiri altında genişlənməsi ilə izah edilir.
Əminliklə demək olar ki, hətta çox güclü cinsiyyət quruluşuna malik kişilərdə uzun müddətli və sistematik olaraq spirtli içki gəbul etdikdə, mütləq impotensiyaya gətirib çıxara bilən cinsiyyət pozulmaları baş verəcək. Bu cür xəstəliklər isə çox çətin müalicə olunur.
Əgər seksdən öncə spirtli içki qəbul etmək istəyirsinizsə, əvvəlcədən nəyi və necə icmək lazım olduğunu dəqiq bilməlisiniz.
İlk görüşdə şampan daha məsləhətlidir. Yaxşı bahalı şərab da seçə bilərsiniz. Şərabda alkoqol az olduğu üçün sərxoşluq hissi gec gəlir. Bundan başqa, şərabın tərkibində cinsiyyət aktına müsbət təsir göstərəcək bir çox xeyirli ekstrakt maddələr var.
Spirtli içkilərin xüsusiyyətləri haqqında hətta Şekspir yazırdı: "Şərab əks cinsə olan fiziki cazibəni daha da gücləndirir, amma eyni zamanda onu boğur, istəyi artırır, amma hərəkətləri çətinləşdirir”.
Əgər çətin vəziyyətdə qalmaq istəmirsinizsə, spirtli içkidən az istifadə edin!
MİLLA

0 Comments