
Striptiz
Gözəl bədən insanları hər zaman cəlb edib. Antik dövrlərdə gözəl bədən nümunələri mərmərdə heykəl şəklində əks olunurdu. Bədəninin gözəlliklərini nümayiş etdirmək üçün musiqi müşayiəti ilə soyunmaq hər zaman çox populyar olub. Striptiz ingilis dilində strip-soyunmaq, tease – tamahsılandırmaq deməkdir. Bu sənət Şərqdə, qədim Assiriyada, Vavilonda yaranıb. Bu ölkələrin ənənələrinə görə dini bayramlarda kahinələr allahları naminə istənilən kişiylə sevişməliydilər. Bu dini mərasimlərin əsas hissəsi erotik rəqslər idi. Bu rəqsləri ifa edərək rəqqasələr musiqi müşayiəti ilə soyunurdular və kişilərdə ehtiras hissi oyadırdılar. Soyunaraq rəqs etmək qədim Hindistanda və Misirdə də çox populyar idi.
Müasir soyunma rəqsinin döyünən ürəyi – Fransadır. Striptizin çox maraqlı bir şəraitdə yaranıb. 1893-cü ilin yayında Fransanın incəsənət gimnaziyasının iki tələbəsi Manon Lavil və Sara Braun tələbə gecələrinin birində masaya çıxıb musiqi müşayiəti ilə soyunmağa başladılar. Və tamamilə çılpaq qalaraq rəqslərini davam etdilər. Polis bu hərəkəti xuliqanlıq kimi qələmə verib striptizyor qızları pul cəriməsini ödəməyə məcbur etdilər. Lakin hökümət və hüquq orqanları gələcəkdə tələbələr arasında populyarlaşan striptizin uğurunu proqnozlaşdıra bilməzdilər. Bundan sonra Fransada soyunmaq azadlığının müdafiəsinə çıxan nümayişçilərin biri hətta qəhrəmancasına həlak olmuşdur. Lakin bu nümayişlər nəticəsis qalmadı – ölkə rəsmiləri striptizə yaşıl işıq ğöstərməli oldular. Striptizi ilk dəfə professional ifa edən isə sonralar şpion olmuş Mata Xari idi.

Striptizin Avropada və Amerikada təntənəli qələbəsi İkinci Dünya müharibəsindən sonra baş tutdu. Müasir striptiz ilk dəfə Nyu-Yorkda 1916-17-ci ildə “Milli qış bağı” adli burleskin açılışından sonra yarandı. Burlesk ümumiyyətlə əsrin əvvəlinin xüsusi janrı idi. Striptiz kişilərin sevdikləri hər bir şeyi özündə əks etdirirdi: kobud zarafatlar, çılpaq bədənlərin zarafatcasına yamsılanması. Səhnədə striptiz göstərmək daha heç bir yerdə göstərilməyən şou nümayiş edib pul qazanmaq üçün dərya idi. Müasir striptiz qədim şoulardan fərqli olaraq yalnız gözəl bədənin nümayişi və gözəlliyi tamaşaçıya çatdırmaq sənətidir. Müasir striptiz gözəl və cəlbedici şoudur. Gözəl səhnə tərtibatı, xüsusi kostyumlar, işıq effektləri, xoreoqraf işi və gözəl musiqi – müasir striptizin vacib şərtləridir.
Azərbaycanda hələ çar dördündə şərq striptizi olub. Çəngi rəqsini mahir ifaçıları bədənlərinin gözəlliklərini neft sənayeçilərinin arzusundan və verdikləri puldan asılı olaraq açıb göstərirdilər. Təbii ki, mesenatlar Cəngi ifaçılarının tam çılpaq bədənlərini görmək üçün ciblərini hər zaman boşaltmağa hazır olublar. Lakin belə açıq-saçıqlıq yalnız bağlı klublarda populyar idi.
Striptizin Bakıya ikinci dönüşü 90-cı illərdə oldu. Lakin bu şoular elə açılandan dərhal sonra qadağan edildi. Bildiklərimizə görə indiyə kimi bir çox bağlı gecələrdə və mərasimlərdə xüsusi bağlı restoranlarda və klublarda Rusiya və Ukraynadan dəvət olunmuş burlesk rəqqasələri və ya yerli “canalarımız” öz məharətlərini çılğın azərbaycan kişilərinə nümayiş edirlər. Görənlər deyirlər ki, bu şoularda xoreoqrafiyadan, gözəllikdən əsər-əlamət yoxdur.
Yılmaz Qarayev

0 Comments