Subscribe Us

SEKS ZAMANI QIŞQIRDIĞINA GÖRƏ HƏBS EDİLDİ

İngiltərənin Senderlend şəhərinin polisi seks zamanı qonşuların rahatlığını pozan qadını həbs edib. Lent.az-ın “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, qadın seks zamanı həddən artıq möhkəm qışqırırmış.

Olay qonşuların 48 yaşlı Karolayn Kartraytdan şikayət etməsi ilə başlayıb. Onlar bildiriblər ki, qadın həyat yoldaşı ilə intim yaxınlıq zamanı öz hisslərini həddən artıq qızğın şəkildə ifadə edirmiş.

Məhkəmə ehtiraslı qadına 4 il ərzində İngiltərə ərazisində “həddən artıq səs salmağı” qadağan edib. Bundan əlavə, ona evində və ya evinin yaxınlığında taqqıltı salmaq, qışqırmaq və oxumaq, eləcə də yüksək səsli musiqiyə qulaq asmaq qadağan olunub. Qadın həm də 515 funt sterlinq cərimə edilib.

Qərar aprelin 17-də qüvvəyə minib. Amma Kerolayn sakitliyə riayət etməyə tələsmirmiş. Əsl statistika aparan qonşular bildiriblər ki, o, aprelin 18-də, 22-də və 26-da yenidən seks zamanı qışqırıb.

Bundan sonra Kerolayn Kartrayt həbs olunub. Vəkilinin onun girov müqabilində azad edilməsi xahişi isə rədd edilib. Polis əməkdaşları Kerolaynın “hakimiyyət orqanlarının xəbərdarlığını dəfələrlə qulaq ardına vurduğunu” bildiriblər. İş Nyukasl şəhər məhkəməsinə göndərilib.

Post a Comment

0 Comments